Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>
Rəsmi Ankara bəyan edib ki, Laçın Koridorunun mühafizə edilməsi missiyasını üzərinə götürə bilər PDF Yazdır e-Posta
Salı, 16 Mart 2010

Türk hökuməti Azərbaycan-Ermənistan-Türkiyə yolunun çəkilməsinə də yardımçı olmaq fikrindədir

Son günlər Azərbaycanın müharibə çağırışları etməsi, Qarabağ danışıqlarının dalana dirənməsi, Ermənistanın həyasızcasına hərəkətlərinə davam etməsi artıq bölgədə vəziyyətin gərginləşə biləcəyindən xəbər verir. Bununla bağlı beynəlxalq analitiklər də verdikləri açıqlamalarında deyirlər ki, Qarabağda yenidən müharibənin alovlanması qaçılmaza çevrilib və bunun qarşısını almaq üçün böyük dövlətlər indidən hazırlıq görməlidirlər.

Bildirək ki, dünən Rusiyanın aparıcı analitiklərindən biri olan Pavel Fallenbaurq Qarabağda hərbi əməliyyatların başlama perspektivi barədə söhbət edərkən bir sıra məqamlara toxunub. "Azərbaycan neftdən əldə etdiyi gəlirlərin bir qismini ordu quruculuğuna sərf edib. Rəsmi Bakının vaxtaşırı müharibə bəyanatları verməsi də ordunun güclənməsinə bağlı məsələdir. Amma nəzərə almaq lazımdır ki, bölgədə vəziyyət kifayət qədər gərgindir və müharibə hər an başlaya bilər. Çünki Azərbaycan qarşısına məqsəd qoyub və ona nail olmaq üçün lazım gələrsə, istənilən addımı atmağa hazırdır".

Bu əsnada Rusiyanın Gürcüstanın Yuxarı Lars keçid məntəqəsini açması da analitikləri düşündürməkdədir. Rəsmi Bakının bununla bağlı mövqeyi belədir ki, həmin keçid məntəqəsi əsasən Ermənistana silah daşınması üçün nəzərdə tutulub və Tiflis hökuməti məsələyə xüsusi diqqət yetirməlidir. Gürcüstan isə vəziyyəti nəzarətində saxladığını deyərək, belə bir şeyə imkan verməcəyini vurğulayır. Ermənistan və Rusiya isə bununla bağlı hələlik susurlar.

Amma son günlər Türkiyənin aktivləşməsi bir qədər maraqlı görünməyə başlayıb. Ermənistanla protokolları imzalayıb, amma ratifikasiya etməyən Ankara vaxtaşırı Moskva ilə danışıqlara getməkdədir. Hələ ötən günlərdə Türkiyə XİN-in iki yüksək çinli nümayəndəsi Kremldə bir sıra görüşlər keçirərək, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparıblar. Türkiyə mətbuatının bununla bağlı verdiyi açıqlamadan məlum olan bu idi ki, səfərin elə əsas məqsədi Qarabağ problemini Rusiya ilə birlikdə çözməkdir.

Ancaq dünən Türkiyədən daha bir açıqlama gəlib. Məlumata görə, Türkiyə Dağlıq Qarabağda işğalın başa çatması və Ermənistan-Azərbaycan arasında normallaşmanın təmin edilməsi üçün əlini daşın altına qoymağa hazır olduğunu açıqlayıb. Artıq bununla bağlı təkliflərini həm Azərbaycan, həm də Ermənistana göndərib. Türkiyə təklif edir ki, Laçın Koridorunun təhlükəsizliyini təmin etmək üçün bu bölgəyə hərbi qüvvə göndərməyə hazırdır. Bundan başqa, Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə-Ermənistan avtomobil yolunun da inşası ilə bağlı nəzərdə tutulan layihənin reallaşmasına bütün dəstəyi verə bilər. Eyni zamanda, Ankara bildirib ki, Dağlıq Qarabağda infrastrukturun qurulması üçün də kifayət qədər işlər görülməlidir və bu ehtiyacların qarşılanması lazımdır.

Məlumatda deyilir ki, Türkiyə tərəfi Dağlıq Qarabağda problemin həlli üçün fərqli baxışlarını Minsk Qrupunun üzvlərinə təqdim edib. Amma o da məlum olub ki, son günlər Bakının "lazım gələrsə müharibəyə başlayarıq" deməsindən sonra Türkiyə tərəfi bu prosesin yaşanmaması üçün Azərbaycanla danışıqlara başlayıb. Türkiyənin yüksək çinli məmurlarından biri bu barədə deyib ki, hazırda deyilən istiqamətlərdə işlər görülür. "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmalıdır. Azərbaycanın bəzi daxili siyasi hesablamaları ola bilər. Amma müharibə çağırışları etmək uyğun hal deyil".

Onu da bildirək ki, məsələ ilə bağlı rəsmi Bakı hələ açıqlama verməyib.

Təbriz Sultansoy