Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>
"Royal Duch Shell" İrana benzin ixracını dayandırdı PDF Yazdır e-Posta
Salı, 16 Mart 2010
Barak Obama isə Tehran əleyhinə sanksiyaların müddətini daha bir il uzatdı
Hollandiyanın məşhur neft şirkəti "Şell" ("Royal Duch Shell") İrana benzin ixracını dayandırdığını bəyanlayıb. Şirkətin sözçüsü martın 10-da jurnalistlərə açıqlamasında artıq Tehrana benzin satmadıqlarını deyib. 


Turqut
Ancaq o, İrana benzin ixracının dayandırılmasının əsas səbəbini açıqlamayıb. Amma bunun Tehranın apardığı nüvə fəaliyyətinə görə ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqəli olduğu güman edilir. Martın 8-də də dünyanın üç böyük neft şirkəti ABŞ-ın İrana qarşı sanksiyalarına əməl edərək Tehrana benzin ixracını dayandırdıqlarını bəyanlamışdı. "Vitol", "Trafiqura" və "Glinkor" şirkətlərinin bu haqda yaydığı məlumatda İrana benzin satışının siyasi baxımdan riskli olduğu bildirilmişdi. Tehranın gündəlik benzin ehtiyacı 65 milyon litrdir. Bunun 22 milyon litri xaricdən idxal olunur.
ABŞ prezidenti Barak Obama isə Vaşinqtonun İrana tətbiq etdiyi birtərəfli iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb. Konqresə göndərilmiş sənədddə Tehranın "əvvəlki kimi ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına ciddi təhlükə yaratdığı" bildirilir.
Xatırladaq ki, bu sanksiyanın tətbiqi haqda qərar 1995-ci il martın 15-də Bill Klinton administrasiyası tərəfindən qəbul edilib. Sənədə əsasən, ABŞ şirkətlərinə Tehranla praktiki və iqtisadi-maliyyə əməliyyatları aparmasına qadağa qoyulub. ABŞ şirkətləri İranın neft-qaz yataqlarının işlənməsində də iştirak edə bilməz.

Rəfsəncani: "İctimai bazası olmayan hakimiyyət qala bilməz"

Üləmalar Məclisinin rəhbəri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri, ayətullah Haşimi Rəfsəncani jurnalistlərə açıqlamasında demokratiyanın əhəmiyyətindən danışıb. O, xalqın rəy və iradəsinə önəm verilməsinin zəruri olduğunu vurğulayıb: "İşlərin xalqa tapşırılması hökumətlərin idarəçilikdə üzləşdiyi problemlərin həllinə yardım göstərə bilər. İctimai bazası olmayan, xalqa söykənməyən hakimiyyət qala bilməz. Siyasi sistemin qarantı yalnız azad seçkidən qalib kimi çıxmış siyasi qüvvə ola bilər".

İran həbsdəki jurnalistlərin sayına görə "liderliyini" qoruyur

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 2010-cu ilin fevral ayı üzrə hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, dünya üzrə həbsdə olan jurnalistlərin üçdə biri İranın payına düşür. Belə ki, hazırda bu ölkədə həbsdə olduğu bilinən jurnalistlərin sayı fevral ayında 52-yə çatıb. İrandan sonra ən çox jurnalist Çində həbsdədir - 24 nəfər. Daha sonra 22 nəfərlə Kuba gəlir. Bundan əlavə, İran bir sıra qəzetlərin nəşrinə qadağa da qoyub.
Bu arada Tehranın Şəhid Beheşti Universitetinin müəllimi, islahat tərəfdarı, tanınmış jurnalist Səid Leylaz 6 il həbsə məhkum edilib. hökm Tehran İnqilab Məhkəməsində çıxarılıb. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar zamanı tutulan, 9 aydır həbsdə saxlanılan Səid Leylaz ali dini rəhbər, ayətullah Əli Xamneyini təhqir etməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda təqsirli bilinib. Bundan əlavə, İranın İslam və İrşad Nazirliyinin Mətbuata Nəzarət Heyəti ölkənin 17 tanınmış iqtidaryönlü və müxalifətyönlü dövri çap nəşrinə xəbərdarlıq edib. Xəbərdarlıq alan nəşrlər "Nasle Emruz" ("Nəsil bu gün"), "Banu-e Şərqi" ("Şərq Qadını"), "Aiene-e zendeqi" ("Həyatın aynası"), "Payamavar" ("Müjdəçi"), "Sepidar", "Pişxan", "Zendeqi-e İran"("İranda həyat"), "Medad rənqi", "Zendeqi-e ideal" ("İdealın həyatı"), "Ruyeş", "Kuhenur", "Tövhid", "Rahe zendeqi" ("Həyat yolu"), "Sinema-e Emruz"("Kino bu gün"), "Çilçarx", "Futbol" jurnalları və "Bahar" qəzetidir. Xəbardarlığın verilməsində səbəb həmin nəşrlərin işıqlandırdığı hadisələr arasında uyğunsuzluğun olması, yalnış məlumatların yayılması, və dövlət bayrağının təhrif edilməsidir. Bu ilin yanvarında da 15 İran qəzetinə xəbərdarlıq edilmişdi.

Tanınmış islahatçı azadlığa buraxılıb

Məhəmməd Xatəminin prezidentliyi dövründə İran daxili işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi olmuş Mustafa Taczadə 9 ay həbsdən sonra azadlığa buraxılıb. O, İslahatçı İnqilab Mücahidləri Təşkilatının və İran Müşarikət Partiyasının üzvüdür. 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra tutulub həbsə salınan Məhəmməd Taczadə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, vətəndaşları iğtişaşlara yönəltməkdə və ali dini rəhbər, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılırdı. Həbsini "Sepah"a məxsus təkadamlıq kameralarda və digər zindanlarda keçirən Məhəmməd Taczadənin bu müddətdə efirə çıxıb yalançı etiraflar etmək üçün müxtəlif təzyiq və işgəncələrə məruz qaldığı bildirilir. O, son 9 ayda həbsə salınan müxaliflər arasında zindanda hökumət məmurlarının təzyiqlərinə ən çox müqavimət göstərən, hakimiyyətə əyilməyən müxaliflərdən biri kimi tanınır. Bundan əlavə, "Müşarikət" Cəbhəsinin Gənclər Təşkilatının 3 üzvü də azad edilib. 2009-cu ilin sentyabrında tutulmuş Səid Nuri Məhəmməd, Fuad Şəms və Keyvan Fərzin külli miqdarda girov müqabilində Tehrandakı Evin həbsxanasından buraxılıblar. Bu 3 nəfərdən əlavə, 9 nəfərin də azad edildiyi bildirilir. Azad edilənlərin arasında jurnalist, rəssam, vebdizayner və bir qadın teleaparıcı da var.

Almaniya İran dissidentlərinə sığınacaq verir

Almaniyanın məşhur "Şpigel" dərgisi rəsmi Berlinin bir qrup İran vətəndaşına siyasi sığınacaq verməyə hazır olduğunu yazıb. Söhbət izləmə və həbs təhlükəsi səbəbindən ölkəsinə qayıtmaqdan ehtiyat edənlərdən gedir. Almaniyanın Xarici İşlər Nazirliyi konkret neçə şəxsə siyasi sığınacaq verəcəyini açıqlamayıb. Nazirliyin rəsmiləri bunu siyasi məhbus statusu veriləcək İran vətəndaşlarının təhlükəsizliyilə əlaqələndirirlər. Almaniyada ərizə verən İran vətəndaşlarının siyasi sığınacaq statusuna nə dərəcədə uyğun olub-olmaması ciddi araşdırıldıqdan sonra həmin şəxslər barədə yekun qərar veriləcək. Almaniyanın Xarici İşlər Nazirliyi bu işdə BMT-nin Qaçqınlar Komitəsi ilə birgə fəaliyyət göstərəcək. "Şpigel" dərgisi İranda son prezident seçkisindən sonra təzyiqə məruz qalan yerli vətəndaşların Avropa Birliyi ölkələrinə, o cümlədən Almaniyaya axınının bir qədər də artdığını yazıb.

Qabriel Şalev: "İran məsələsində iki yol qalıb"

İsrailin BMT-dəki daimi nümayəndəsi Qabriel Şalev jurnalistlərə müsahibəsində deyib ki, İrana verilən vaxt başa çatmaq üzrədir və bu məsələnin həllinin 2 yolu qalır: "Ya rəsmi Tehrana nüvə silahı istehsal etməyə icazə verilməlidir, ya da ölkənin nüvə obyektlərinə hücum olunmalıdır". Lakin Şalev sanksiyalar və diplomatik yollarla bu məsələnin həllinə ümidvar olduğunu bildirib. İranın yalnız İsrail üçün deyil, bütün dünyaya təhlükə yaratdığını vurğulayan diplomat İsrail kəşfiyyatının İran reaktorlarında cərəyan edən hadisələrin inkişafını daim diqqətdə saxladığını nəzərə çatdırıb.