Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>
Azərbaycanda 3500 nəfər milyonçu var PDF Yazdır e-Posta
Cuma, 12 Mart 2010

17 nəfərin toplam varidatı isə 5 milyardı keçir

“Forbes” dünyanın ən varlı şəxslərinin siyahısını açıqlayıb. Jurnalın araşdırmasına görə, ötən illə müqayisədə bu il milyarderlərin sayı artıb. Qlobal iqtisadi böhranın aradan qalxması belə bir duruma səbəb olub. 2009-cu ildə böhranla əlaqədar milyarderlərin sayı azalaraq 793 olduğu halda, bu il göstərici 1011-ə yüksəlib.
Dünyanın ən varlı şəxsi siyahısında ilk yeri isə meksikalı telekommunikasiya nəhəngi Karlos Slim tutub. O, gəlirini 18.5 milyard dollar artıraraq sərvətinin ümumi məbləğini 53.5 milyard dollara çatdırıb.

Ikinci sırada isə “Mikrosoft” şirkətinin rəhbəri Bill Geytsdir. Onun sərvətinin dəyəri 53 milyard dollardır. Ümumilikdə dünyanın ən varlı şəxslərinin siyahısında 55 ölkənin vətəndaşı var. Ən çox milyarder isə Amerika Birləşmiş Ştatlardandır. Bu ölkədə 403 nəfər milyarder var. Milyarderlərin sayına görə ikinci yeri Avropa qitəsi tutur: 243 nəfər. Azərbaycan da bu qitədə yerləşdiyindən maraqlıdır, görəsən bu 243 nəfərin arasında neçə azərbaycanlı milyarder var?

 

Azərbaycanda milyonçu olmaq məxfidir?

Bir qədər əvvəl Nyu-Yorkda çıxan “Novoe russkoe slovo” qəzeti postsovet ölkələrindəki “məxfi milyonçular”ın təxmini reytiqini hazırlamışdı.
Qəzet yazırdı ki, Belarus və Ermənistan kimi ölkələrdə qanunvericilik vətəndaşların kapitalı barədə məlumatları məxfiləşdirərək, “kommersiya sirri” sayır, Azərbaycan və Gürcüstanda iş adamları yarıməxfi-yarıleqal şəkildə milyonçu sayılır, postsovet məkanının bütün dövlətlərində isə yüksək çinli dövlət məmurları faktiki qaydada milyonçu olsalar da, onların varidatı barədə informasiya verənləri “böhtançı” adlandıraraq, “şərəf və ləyaqətin müdafiəsi”lə bağlı məhkəmə qarşısında iddia qaldırırlar.
Sitat: “Işgüzar adamlar üçün informasiya bülletenləri, müstəqil ekspert araşdırmaları, agentliklər və maliyyə analitiklərinin verdiyi məlumatlar əsasında MDB məkanı ölkələri, o cümlədən Azərbaycandakı qeyri-rəsmi milyonçuların varidatı və onların sayı barədə müəyyən təsəvvürə malik olmaq mümkündür.
Məsələn, rəsmi statistikaya görə, Türkmənistan, Tacikistan, Özbəkistan, Azərbaycan və Belarusda dollar milyonçuları yoxdur. Bu ölkələrdə gəlirlərlə bağlı vergi bəyannaməsi anlayışı da mövcud deyil.

Hamı varidatını açıqlamağa qorxur

Beynəlxalq maliyyə qurumlarının ekspertlərinin fikrincə, Türkmənistanda milyonçular məhv edilib, ölkədən qaçıb, ya da həbsxanaya salınıb: “Hələ vaxtı ilə mərhum Saparmurad Niyazov Milli Təhlükəsizlik Nazirliyi vasitəsilə ölkədəki varlı iş adamlarına divan tutmuş, onları müflisləşdirmişdi. Çünki diktatorların hamısı pullu vətəndaşlarından qorxur. Pul yoxdursa, pulluların silah satın alıb hakimiyyətə qarşı dönəcəyi ilə bağlı təhlükə də yoxdur. Belarus və Tacikistan kimi dövlətlərdə isə kimsə öz varidatını açıqlamır: iş adamları repressiyalardan, dövlətin onların varidatını əllərindən alacağından çəkinirlər”. Eyni situasiyanı Azərbaycana da aid etmək olar.
Amma maraqlıdır ki, Moldovada rəsmi 20 milyonçu və 3 milyarder var. Belarusdakı “Priorbank”ın idarə heyətinin sədri Yevgeni Kostyuçenko isə ölkədə təxminən 10 min “məxfi milyonçu”nun olduğunun və onların hər birinin varidatının ən azı 2-3 milyon təşkil etdiyini söyləyib.
Tacikistana gəldikdə isə, ölkənin ən varlı adamları hər biri ən azı 3-4 milyard varidata malik prezident Imoməli Rəhmonla onun qudası, “OrientBank”ın sahibi Həsən Sədullayevdir. “Məxfi milyonçular arasında  ən varlıları baş prokuror Bobocon Boboxonov, DIN başçısı Məhmədsəid Salehov, energetika və sənaye naziri Şirəli Gülov, müdafiə naziri Şirəli Xayrullayev, maliyyə naziri Azim Nəcmiddinov, Milli Bankın prezidenti Murodəli Əlimərdonov, Vergi Komitəsinin sədri Hakim Soliyevdir.
STOP! Tanış mexanizmdir, eləmi? Fikir verin – eynən Azərbaycandakı kimi. Milyonçuların hamısı nazir-məmurlardır!
Beynəlxalq ekspert şirkətlərinin hesablamalarına görə, hazırda Azərbaycanda 3500 nəfər dollar milyonçusu var: onların 99,84%-i “məxfi milyonçu” sayılır və varidatlarını rəsmən açıqlamayıblar.
Ermənistanda 34, Belarusda 890, Gürcüstanda 790, Qazaxıstanda 960, Qırğızıstanda 720, Latviyada 600, Litvada 3100, Moldovada 28, Ukraynada 12000, Estoniyada 600, Özbəkistanda 250, Rusiyada isə 132 min dollar milyonçusu yaşayır.
“Merill Lynsh” və “Gemini” ekspertlərinin dediyinə görə, Azərbaycanda hazırda toplam varidatı 5 milyardı keçən 17 milyonçu var.
Lakin onların heç birinin varidat və əmlakı rəsmən qeydiyyata alınmayıb. Daha doğrusu, bu zənginlər “kölgə milyonçuları” sayılır.
Səbuhi Məmmədli - Azadlıq