Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>
Fransadan ikibaşlı açıqlama PDF Yazdır e-Posta
Cuma, 12 Mart 2010

Bernar Fasye: “Gün gələcək Dağlıq Qarabağ danışıqlarda iştirak edəcək, amma bu, “DQR” olmayacaq”

“Gün gələcək Dağlıq Qarabağ da danışıqların iştirakçısı olacaq”. Ermənistan mətbuatının yazdığı məlumata görə, belə bir bəyanatla NATO Parlament Assambleyasının İrəvanda keçirilən üçgünlük “Rouz Rot” seminarında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye çıxış edib.

O qeyd edib ki, Dağlıq Qarabağ nə qədər tez danışıqların tərkibinə daxil edilərsə, bir o qədər yaxşıdır. Bununla yanaşı həmsədr hesab edir ki, bu, “insanların sülh şəraitində yaşayacağı, bir-birlərini qonşu hesab edəcəyi, orada əvvəllər yaşayanların doğma yurd-yuvalarına qayıdacağı təqdirdə mümkün olacaq. O zaman görünür onların danışıqlarda iştirak etməyi tələb etmək hüquqları olacaq”.
Diplomat bildirib ki, o Dağlıq Qarabağın danışıqlarda iştirakından danışarkən separatçı Dağlıq Qarabağ Respublikasını nəzərdə tutmur. “Çünki, bu, Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayan “respublikadır””.
Bununla yanaşı diplomat arxayın şəkildə əlavə edib ki, qarabağlıların da danışıqlarda iştirak edəcəyi gün gələcək.