Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>
“Times” ermənilərin “soyqırımı” iddiasını alt-üst etdi PDF Yazdır e-Posta
Salı, 09 Mart 2010
"O vaxtkı xəstəliklər, qırğınlar Türkiyənin şərqindəki əhalinin üçdə birini məhv edib – milliyyətindən asılı olmayaraq”

Patriarx Aşikyan “genosid”dən 21 il qabaq erməni faciəsini necə görüb?

Böyük Britaniyanın nüfuzlu “Times” qəzetində qondarma erməni soyqırımı iddialarını darmadağın edən məqalə dərc olunub. Məqalənin müəllifi Oksford Universitetinin müasir tarix professoru Norman Stoundur. “Azadlıq” radisosu məqalənin tərcüməsini yayıb:
“Osmanlı Türkiyəsində erməni faciəsi haqda ən düzgün sözü 1894-cü ildə İstanbulda erməni patriarxı Aşikyan söyləyib.
1915-ci il hadisələrindən hələ 21 il qabaq Aşikyan İstanbulun əsas erməni kilsəsində ibadət vaxtı deyirdi: «Biz türklərlə min illərdir yanaşı yaşamışıq, böyük rifaha nail olmuşuq. Əgər millətçilər bu elədikləri kimi (terror kampaniyasına başlamaq – “Times”ın qeydi) hərəkətlər eləmək yolunu tutsalar, onda milləti məhv edəcəklər».
Patriarx haqlı çıxdı. Ancaq erməni millətçilər onu və belə danışan başqa erməniləri güllələdilər.
İndi Amerikanın Nümayəndələr Palatasının komitəsi 1915-ci ildə baş verənlərə soyqırımı deyir? Komitə haqlıdırmı?
Birinci Dünya müharibəsi başlayanda ermənilər də ayağa qalxdılar və bugünki Türkiyənin bir çox yerlərində sonda ölümlərə aparan deportasiyaya məruz qaldılar.
Ancaq bu, soyqırımıdırmı? Əgər soyqırımı Hitlerin etdiyidirsə?…

ERMƏNİ LİDERİ HÖKUMƏT ÜZVLÜYÜNDƏN NİYƏ İMTİNA ETDİ?

1914-cü ilin oktyabrında ermənilərlə problemi birdəfəlik yoluna qoymaq üçün ermənilərin liderinə Türkiyə hökumətinin üzvü olmaq təklif olundu. Ancaq o, bu təklifdən imtina etdi. Erməni liderinin izahı maraqlıdır. O dedi ki, Türkiyə hələ inkişaf edib, bu həddə çatmayıb.
Türkiyə həmin 1915-ci il hadisələrinə görə 1600 adamı məhkəmə qarşısına çıxartdı və qubernatoru cəzalandırdı.
1918-ci ildən sonra Türkiyə arxivlərini 4 il araşdıran britaniyalı burda soyqırımını sübut edən bir sənəd belə tapmayıb. Ancaq fransız məktəbində işləmiş bu britaniyalının araşdırması yaddan çıxdı.
Osmanlı Türkiyəsi imperiya olaraq dağılanda, o biri imperiyalar dağılanda olduğu kimi, hamı əzab çəkib, hamı qırılıb. O vaxtkı xəstəliklər, qırğınlar Türkiyənin şərqindəki əhalisinin üçdə birini məhv edib, milliyyətindən asılı olmayaraq.
Hər bir türk bilir ki, Birinci Dünya müharibəsi vaxtı Türkiyədə dəhşətli hadisələr olub. Ancaq konqresmenlər bu qədər qırılan arasında təkcə erməniləri ayırıb-seçəndə, bu türklərin doğrudan da xətrinə dəyir”.

Azadliq