|
"Təbriz" rəqs qrupu Kanadada ikinci yeri tutub |
|
|
|
|
Salı, 09 Mart 2010 |
Hər il Kanadada ölkədə yaşayan millətlər arasında rəqs festivalı keçirilir. Toronto şəhərindəki Yurk Universitetində keçirilən budəfəki tədbirdə bu ölkədə fəaliyyət göstərən "Təbriz" rəqs qrupu qatılıb. Azərbaycanın folklor rəqsini uğurla nümayiş etdirən soydaşlarımız tamaşaçıların böyük rəğbətini qazanıb. Əlbəttə onların bu əməyi boşa getməyib.
Münsiflər heyəti "Təbriz" rəqs qrupunu Kanadada yaşayan müxtəlif millətlərə aid 30 rəqs qrupu içərisində ikinci yerə layiq görüblər. Xatırladaq ki, "Təbriz" rəqs qrupu 2003-cü ildə Torontoda yaradılıb. Qrup indiyədək Kanada və Şimali Amerikada bir çox tədbir və festivallarda Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib. |