Azərbaycan Türkiyə və bütün Türk dövlətlərində böyük siyasətçilər, dəyərli tarixçi və araşdırmaçıların var olduğu inkar edilməzdir.
Bunu sübut üçün bütün bu ölkələrdə aparılan təmkinli siaysətləri və global dünyaya yanaşma metodunu izləyərək düzgün ağılla ölçmək yetərlidir.
Azərbaycan- Türkiyə və Amerikada Erməni tasarısı
Azərbaycan Türkiyə və bütün Türk dövlətlərində böyük siyasətçilər, dəyərli tarixçi və araşdırmaçıların var olduğu inkar edilməzdir. Bunu sübut üçün bütün bu ölkələrdə aparılan təmkinli siaysətləri və global dünyaya yanaşma metodunu izləyərək düzgün ağılla ölçmək yetərlidir.
Ancaq bu dövlətlərin əllərində olan bütün imkanlara baxmıyaraq, Türk dünyasına yanaşma siyasətində vəya probləmlərin dəyərləndirmə fonunda, biz Güney azərbaycanlılar qədər həssas olmamaqlarıda anlaşılandır. Çünki böyük bir dərd içində yanan bizlər, məzlumiyət sacında qıvrıla- qıvrıla qovrulan, iki dəyirman daşının arasında dartıla- dartıla elə bir duruma gəlmişik ki, iliklərimizə qədər işləyən bu sancının qarşısını almaq üçün bütün qapıları çalmağa məcburuk. Onun üçündə, siyasətdən anlasaqda anlamasaqda, dünyada başverən hadisələri, özəlliklə Türk dünyasının tutumunu yaxından izləmək üçün, beyinlərimizə tutarından çox basqı yaparaq, hər şeyi düzgün öyrənməyə çalışırıq. Bu qonuda bir yazı yazmağın bəlkə faydalı olabilirliliyini düşünərək, titiriyən barmaqlarımın arasında qələm qucaqlamağı qərara aldım.
Əsas sözə geçmədən, yuxarıdakı dəlilə bir tanıq olaraq, dəyərli ustadımız, hörmətli aqsaqqalımız cənab Dr. cavad bəy Heyəti uzaqdanda olsa yad edərək bir sözünü anlatmaq istəyirəm.
1996-cı il doktor bəyin, Bakının ”Tusi” adına filologi universitəsində geniş alim, tələbə və aydınlar qarşısında ” Azərbaycan Türkcəsi” haqqında bir konfransı oldu. Toplantıda iştirak edən tələbərdən biri soruşdu. Doktor bəy ”siz dünyada tanınmış bir cərrah kimi Azərbaycan Türkünün dil, ədəbiyəat və tarixi ilə bağlı da geniş araşdırmalar aparıbsız, kitablar yayınlayıbsız. Öz təxəssüzüzün yanında bu qədər çox şaxəli fəaliyəti nəcə yeridirsiz?”
Doktor bəy dedilər ” qızım, təəssüflə biz Güneylilərin heç bir universitəmiz, araşdırma mərkəzimiz, radyo televizyon, hətta ana dilimizdə məktəbimizdə yoxdur. Mütəxəssislər yetişdirəmədiyimizə görə, milli varlığını düşünənlər, özünü tanıyan insanlarımız, kökümüzdən gövərən ağacın bütün budaqlarına qonaraq, milli nəğmə çalmağa məcburdur”.
Amerikanın”təmsilçilər məclisinin dış ilişgilər” komitəsinin 04.03.2010 tarixindəki ”Erməni tasarısının” oylama sırasında oturum başqanın açıqca göstsərdiyi tərəfdarlıq və demokrasi ocağında ona yaraşmıyan çirkin oyunlar nəticəsində 21 yox qarşısında 22 qəbulla təsdiq edildi. Bu qəbulun nəticələri və bundan sonra sürdürüləcək işləmlərin ortaya çıxaracağı durumun araşdırılması vacibliyi inkar edilməzdir. İstər Türkiyə hakimiyəti, tarixçiləri və başqa qurumlarının bu yoladkı fəaliyətləri özgü ilə qarşılanmaldır. Məncə bu soyqırım iddeaları qarşısında Türkiyənin, dövlətlər arsasındakı münasibətlərin yanında,
1
gücünü daha ziyadə, dünya əfkari umimisini aydınlatıcı yol seçməsi zərureti də vacibdir. İnsanların ürəyinə soxulmaq istənən bu saxta qeyri insani və məqsəd yönlü düşüncənin qarşısını almaq üçün, onların ürəyinin təmizələnməsi birinci tərcihdir. Ancaq bu yazıda əsas məqsədimiz, dünyadakı bu tərs gedişatda kimə inanıb inanmamağımız, kimə yaxınlaşmaq vəya uzaqlaşmağımız, daxili və xarici siyasətlərimizdə umum milli mənafeimizin necə qorunmasını təqib edəcəyimiz metodları daha önə çıxmasıdır.
Başqan Obamanın oylama günündə, Ermənistanla protokolların tesdiqini Türkiyədən istəməsi, Avrupa ölkələrinin çeşitli vasitələrlə müxtəlif sahələrdə Türkiyəyə göstərdiyi basqılar və başqa davranışlar açıqca göstərdi ki, Türkiyə və Azərbaycanda yaranacaq hər hansı bir çətin durumda, bu quvvələr öz mənafeilərini qorumaq üçün bütün çirkin siyasətləri həyata geçirəbilərlər. Mən demokrasıya inanan bir insan kimi, nə Amerika və Avrupanın demokratik dəyərlərinə, nədə Türkiyədə açılan açılımların, özəlliklə demokratik açılımın əleyhinə deyiləm. Üstəlik o ölkələrə müsbət münasibətlə birlikdə, hər Türk kimi Türkiyənin son illərdəki inkişafından Türkiyəlilər qədər sevinirəm. Ancaq, bu gözəl və anlamlı siaysətlərdə, hər hansı bir səbəbə görə milli mənafeimizi qorumaq yerinə, öz millətimizi ayaq altında əzdirmək, özəlliklə millətin və demokrasının güvənci olan ordunun yıpratılmasna qıymıram və dözə bilmirəm. Amerika və Avrupanın siyasətləri açıqca göstərirki, Türkiyə daxilində hər hansı bir xoşa gəlməz hadisə baş verərsə, mərkəzi hakimiyət səktəyə uğrarsa, qurumlar arasındakı çətinliklər görünmüyən əllər vasitəsi ilə xalqın içinə sıçırarsa, adı geçən quvvələrin dəxaləti iləTürkiyənin parçalanıb dağılacağı qaçınılmazdır. Şübhə yoxdur ki, bu dövlət və quvvələrin pərdə altındakı siaysətlərini düzgün dəyərləndirərək, təmkinli davranaraq siaysi xəttimizi yeritməliyik. Amerikanın ”ortadoğu projesinin” bölgə xalqlarındakı təsirinin yanında, adı geçən ölkənin həmin projəsinin uygulanmasında uyguladığı təcavüzkar siyasət, özəlliklə İraq və Əfqanistandakı məqlubiyətlərinin, Amerikanın yeni dünyada əski quvvəsinin itirlidiyini anlamalıyıq. Ancaq, dövlətlər arasındakı mənafein qarşılıqlı olması ilkəsinə dayanmaqla, duygulardan uzaq, ağıllı diplomasının rolu unutulmamalıdır.
O iclasda olan 7 Yəhi nümayəndənin, Türkiyənin əleyhinə verdiyi səsin ağırlığı ilə, Davos hadisəsi və Hamasla bağlı siyasətimizdəki ağırlıq tarazlanmalıdır. Türkiyənin mənafei açısından baxanda, dünyanın siyasi dəngəsini ölçəndə, bəzi Ərəblərin geçici duygusal alqışlarını qazanarkən, dünya siaysətində böyük təsirə sahib olan İsrail və Yəhidilərin dəstəklərini itirmədə, udub uduzduğumuz, yargı dəyərlərimizin harasındadır sualına həqiqi cavab verməliyik.
Türk dövlətlərinin ən güclüsü olan, Türk dünyasının yıxılmaz qalası sayılan Türkiyənin parçalanması vəya zəyifləməsi umum milli mənafeimizin başına gələn ən böyük bəla sayılmaldır. Bəzi dostlarım, belə şey olmaz diyə nigaran
2
olmamağımı deyib vəya yazacaqlar. Ancaq, dünyadakı bütün hadisələri, iqtisadi siyasi durumu, ölkələrin bir birindən bu qədər asılılığını, insan haqları və söyqırım məsələsində ayrı seçgiliyi, İraqda baş verənləri bir birinin yanına düzərsəniz nə demək istədiyimi daha dərindən anlıyacaqsınız. Məncə, Türkiyə yeni hadisələrə damızlandırılır.
Biz dünyada heç bir xalqla, heç bir millətlə düşman olmadığımızı dəfələrlə sübut etmişik. Özümüzə istədiyimiz haqlarıda bütün millətlərə, özəlliklə içimizdə yaşayan millətlərə də istədiyimizi dəfələrlə dilə gətirmiş, hətta addımlar atmışıq. Başqlarınında bizim haqqımızda belə düşündüyünü düzgün bir tərəzidə ölçməyi başarmışıq mə?
Bu durum qarşısında, Türk dövlətlərinin və Türk dünyasının bir- birinə daha da yaxınlaşma projəsinin güclənməsinin vacibliyi inkar edilməzdir. Bəziləri, enternasyonalizm və insanpərvərlik kimi gözəl dəyərlərin arxasında gizlənərək, həmən bizi Türk birliyi vəya Turançılıqla suçluyanlar qətiyən yanılmaqdadırlar. Azcacıq ağlı olan hər kəs gözəlcə başa düşür ki, bugünkü dünyamızda nə o mümkündür və nədə lazimdir. Aramızda artan iş birliyi nəticəsində, milli mənafeilərimizi qorumaq üçün, dünya millətləri arasında ədalətli bir sistəm içərisində yaşamaq üçün güc, ən dəyərli vasitədir.
Türkiyənin başının üstündə gəzən bu qara bulutların, daha kiçik Türk dövlətləri, əsir Türk topluluqları və bunların ən başında gələn Güney Azərbaycan Türklərinində boynunun arxasında duran bir qılıncdır. Yer allahları toppuşdurub ıldırım yaradarsa, başımızı bədənimizdən ayıracaqdır. Onun üçündür ki, inanacağımız güvən qaynağını yaradan yolun körpüsünü doğru seçməliyik. Bu ancaq, 300 milyon Türkün axdığı çaylar üzərində vurulan körpü olabilər, vəssəlam.
Türk dövlət və topluluqlarının arasındakı dayanışma, dövlətlər arsında yaxınlaşan münasibətlər, cümhur başqanlarının ara sıra görüşləri, Türk dövlətləri parlementinin yaranması, avaz TV-nin işə başlaması və bu kimi olayların dəyərini inkar etmək olmaz. Ama, sürətlə inkişaf edən dünyaya uygun olaraq , sürətlə baş verən hadisə və deyişikliklər daha ciddi, daha önəmli addımların atılmasını diktə etməkdədir.
Aydındır ki, təkcə Türkiyə deyil, bütün başqa Türk dövlətləri, Qafqazlar, Qaqavustan, Tatarıstan,Türküstan, Uygurustan, Kərkük, Balkanlar və Güney Azərbaycanda hadisələrə yerikliyəbilər. Bu durumda Türkiyə yanında, hamımız, özəlliklə Qarabağ probləmi olan Azərbaycan, son hadisədən dərs alaraq, bu yaxınlaşma yolunda özünün bütün imkanlarından faydalanmalıdır. Geçmişdən olan əlaqələrini, Türküstan və başqa Türk topluluqları ilə gəlişdirməli və bu yolda vasitəçi rolunu oynamağı bacarmalıdır. Bu körpünü tikərkən, axan çayların istiqlaliyətinə hörmət edərək, sonunda deniz olmasını düşünməliyik.
3
Heç bir millət vəya dövlətlə düşmənçilik deyil, ancaq öz hüqumuzu qorumaq üçün çalışdığımızı qətiyən sübut etməliyik.
Onun üçün, bütün dünya dövlətləri ilə dostluq münasibətlərini sürdürərək, siyasi, iqtisadi əlaqələri gənişləndirərək, diplomatikk davranış usul və qaydalarına söykənərək, böyük güc olma projəmizi həyata geçirməliyik.
Böyük Resuloğlu 05.03.2010