|
Azərbaycan xalqı 200 ildir ki erməni vəhşiliyi və etnik təmizləmə siyasətinə məruz qalmışdır. Millətimiz tarixi topraqlarından qovulmuş və qaçqın düşmüşdür. Tarixi topraqlarımız çeşitli rasist və şovinist siyasətlər nəticəsində, öz sahiblərinin əlindən alınmışdır.
1918-20 arası demokratik cumhuriyətimizin hüdudları daxilində olan "Zəngəzur" ayırıb Ermənilərə verənlərin hirsi hələdə sovumamışdır. Tarix unutmayacaq ki 1948-1953 cu illərdə indi ermənistan adlanan türk yurdundan zorla köçürülmüş Azərbaycan türk xalqı Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə 250 mindən artıq Azərbaycan xalqı öz topraqlarından qovulmuşdur. Və beləliklə Ermənistan mono-etnik bir dövlətə çevirilmişdir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bu ağıla sığmaz vəhşilik ermənilər tərəfindən, və rus faşistlərinin yardımı ilə həyata keçirilmişdir. Azərbaycan yaxın tarixinin ən dəhşətli və qanlı səhifəsi olan Xocalı soyqırımı və ermənilərin təcavüzü millətimiz tərəfindən heç bir zaman unudulmayacaq. Bu cinayət cəzasız qalan deyil. Hələlik Quzey Azərbaycan dövlətinin və siyasətçilərinin təmkinli siaysətinə səbrlə yanaşan millətimizin səbr kasası dolmağa doğru gedir. Baxmayaraq ki Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Azərbaycan xalqı bununla son sözünü dünya siyasətçilərinə və o cümlədən Azərbaycan dövlətinə birdaha uca səslə hayqırır ki topraqlarımız yalnız və yalnız hərbi güclə qaytarıla bilər. 18 il danışıq nəqədər faydalı olubsa bundan belədə elə həmin qədər faydası olacaq. Güney Azərbaycan Milli Birlik Şurası Xocalı soyqırımını millətimizə baş sağlığı deyir və bildirir ki həmişə xalqımızın və topraqlarımızın müdafiəsində əlindən gələni əsirgəməyib və heç bir fürsəti qaçırmayacaq. Güney Azərbaycan Milli Birlik Şurası Təbliğat komitəsi |