Güney Azərbaycan Milli Birlik Şurası

Güney Azərbaycan Milli Birlik Şurasının sitəsinə xoş gəlibsiz

  • Full Screen
  • Wide Screen
  • Narrow Screen
  • Increase font size
  • Default font size
  • Decrease font size

ABŞ Prezidenti yeni Əfqanıstan strategiyasını açıqladı

E-poçt Çap PDF faylını al

 VOA news

ABŞ prezidenti Barak Obama West Point hərbi akademiyasında Əfqanıstan müharibəsi ilə bağlı yeni strategiyanı açıqlayıb.Cənab Obama Taliban qüvvələrini məğlub etmək üçün Əfqanıstana əlavə 30 min əsgər göndərəcəyini və bu əsgərlərin həmin ölkədə ən azı 18 ay qalacağını elan edib.Öz çıxışında ABŞ lideri habelə administrasiyasının Əfqanıstandakı strateji hədəfləri haqda məlumat verib.

Nitqinin əvvəlində cənab Obama Əfqanıstan müharibəsinin tarixi köklərinə ekskursiya etdi.O, söylədi ki, ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsini əsaslandıran faktor 2001-ci il, sentyabrın 11-də baş vermiş terror hadisələri olmuşdu.

Əfqanıstanda yuva salan Əl Qaidanın Amerikaya hücum etməsindən sonra Birləşmiş Ştatlar özünü müdafiə məqsədilə Əl Qaidaya sığınacaq vermiş Taliban rejimini devirdi.Lakin bundan sonrakı müddətdə, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi diqqəti Əfqanıstandakı mübarizədən yayındırdı, və nəticədə Taliban qalıqları güclənməyə başladı.

Ötən bir neçə il ərzində Əfqanıstanda vəziyyətin gərginləşdiyini deyən Barak Obama oraya əlavə qüvvə göndərməyin vacibliyini vurğuladı: “Ali Baş Komandan kimi mən müəyən etmişəm ki, Əfqanıstana əlavə 30 min ABŞ əsgəri göndərmək bizim milli maraqlarımıza xidmət edir.18 aydan sonra qoşunlarımız vətənə qayıtmağa başlayacaq.Qoşunlarımızın sonda məsuliyyətlə Əfqanıstandan çəkilməsi üçün əfqanların imkanlarını möhkəmləndirməklə yanaşı təşəbüsü ələ almağımız üçün bizə bu resurslar lazımdır.”

Cənab Obama ABŞ-ın Əfqanıstandakı strateji hədəflərini üç başlıca amildə gördüyünü söylədi.Birincisi, ABŞ qüvvələri əsas yaşayış məntəqlərində təhlükəsizliyi təmin etməlidir ki, əhali özünü qorunmuş hiss etsin.İkincisi, BMT və başqa beynəlxalq tərəfdaşlarla birgə ABŞ Əfqanıstan sivil cəmiyyətin inkişafına yardım göstərəcək. Üçüncü olaraq isə Amerika Əfqanıstanda uğurlu strategiyanın qonşu Pakistanla sıx əməkdaşlıq aparmaqdan asılı olduğunu  anlayır və bu yönümdə məqsədyönlü iş aparacaq.

Əfqanıstan strategiyasını tənqidçilərdən müdafiə edən prezident Obama qoşun artımının Vyetnam müharibəsi ilə müqayisə olunmasını rədd etdi.Onun fikrincə Vyetnamdan fərqli olaraq Taliban cəmiyyətdə geniş dəstəyə malik deyil və əksər əfqanlar demokratik ölkədə yaşamağa üstünlük verir.Vaxt möhlətinin məhdudiyyətlərinə gəldikdə isə Barak Obama bildirdi ki, Amerikanın Əfqanıstanla bağlı öhdəlikləri müddətsiz ola bilməz və əvvəl-axır əfqan xalqı öz idarəçiliyini öz əlinə almalıdır.    

Amerikanın tarixən dünyada azadlıq və demokratiyanı tərənnüm edən qüvvə olduğunu vurğulayan Barak Obama əmin olduğunu bildirdi ki, bu dəfə də Birləşmiş Ştatlar zamanın sınaqlarından uğurla keçəcək.“Keçmişin qüdrətlərindən fərqli olaraq biz dünyaya ağalıq etmək arzusunda olmamışıq.Bizim öz dövlətimiz zülmə müqavimət üzərində qurulub... Bizim uğrunda vuruşduğumuz və vuruşmaqda davam etdiyimiz odur ki, övladlarımız və nəvələrimiz xoşbəxt gələcəyə nail oslunlar, və biz inanırıq ki, əgər başqa xalqarın övladları və nəvələri azadlıqda və imkanlara çıxış verən cəmiyyətlərdə yaşasalar, onda onların həyatları daha yaxşı olar,” deyə ABŞ prezidenti bəyan etdi.
Bəner

26 Fevral 2011 Paltalk seminarı - Səs

Arif bəy Kəskinin çıxışı :

Böyük bəy Rəsuloğlu və Arif bəy Kəskin

(Sual və cavab)

Tarix

İki dost və iki İdeya

İki dost və iki İdeya

Last Updated March 06 2011 | 9.20pm
İDEYALARIN DÜŞMƏN ETDİYİ İKİ DOST   Martın 5-i və 6-sı iki böyük, tarix şəxsiyyətin vəfat günüdür. Onlar eyni dövrdə Bakıda yaşayıblar, bir-birini tanıyıb, demək olar ki, dost olublar. Hər ikisi doğulduğu məkandan uzaqlarda dünyasını dəyişib - birinci 74 y...

More on Tarix

Ədəbiyyat

BAYRAQ

BAYRAQ

Last Updated October 07 2010 | 10.38pm

More on Ədəbiyyat

Mədəniyyət

“Azərbaycan musiqisi Ukraynada özünün növbəti uğuruna imza atdı”

“Azərbaycan musiqisi Ukraynada özünün növbəti uğuruna imza atdı”

Last Updated March 23 2010 | 12.02am
Kiyev Beynəlxalq Enerji Klubunun (KBEK) təşəbbüsü ilə Ukrayna paytaxtının Milli Akademik Opera və Balet Teatrında simfonik muğam gecəsi keçirilib. Gecədə Kiyev klassik simfonik orkestrinin müşayiətilə muğamlar, Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Vasif Adıgöz...

More on Mədəniyyət

You are here: Xəbərlər Diş Xəbərlər ABŞ Prezidenti yeni Əfqanıstan strategiyasını açıqladı