İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ... Full Story >>
Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ... Full Story >>
Son yüklənmişlər
Rusiya İrəvanın təcavüzkar siyasətini dəstəkləyir Rusiya İrəvanın təcavüzkar siyasətini dəstəkləyir Qüdrət Həsənquliyev: "Ermənistanla Rusiya arasında imzalanmış müqavilə Cənubi Qafqazda sabitliyin yaranmasına xidmət etmir"
ABŞ-dakı türk diasporu Ermənistan səfirliyi qarşısında aksiyası keçirəcək
Cuma, 09 Nisan 2010
Amerikada yaşayan türklər Türkiyədə 1915-ci ildə baş vermiş hadisələrə həsr olunmuş yeni kampaniyaya start veriblər. Bu barədə APA-nın Vaşinqton müxbirinə diaspora təşkilatlarından məlumat verilib. Əsas tədbirlər Vaşinqton və Nyu-Yorkda keçiriləcək. Diaspora qurumları Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bu həftənin əvvəlində bu qurumlar Konqresin qarşısında broşuralar paylamağa başlayıblar. Broşuralarda onlar 1915-ci il hadisələrinin əsl mahiyyətini izah etməyə çalışıblar.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Eksperti Bülent Əlirza ABŞ-ın Dağlıq Qarabağ problemi ilə Cənubi Osetiya və Abxaziya, həmçinin Dnyestryanı əraziyə fərqli yanaşdığı və hətda ikili standard tətbiq etdiyi barədə Azərbaycanda bəzi şərhçilər tərəfindən irəli sürülən iddialar qarşısında deyir ki, Amerikanın xarici siyasətində hər şeyin həmahənq olduğunu söyləmək mümkün deyil.
Qırğızıstan prezidenti məğlub olduğunu etiraf etmir
Cuma, 09 Nisan 2010
Qırğızıstan prezidenti kütləvi etirazlar fonunda baş verən zorakılıq hallarına təəssüfləndiyini desə də, siyasi opponentlərin istefaya çıxmaq çağırışlarını rədd edib.
Kurmanbek Bakiyev paytaxt Bişkekdə 70-dən artıq adamın ölümünə bais olmuş toqquşmalardan sonra BBC-yə verdiyi şərhində müxalifətlə danışıqlara hazır olduğunu deyib.
“Erməni soyqırımı”nın qeyd olunduğu gün yaxınlaşdıqca Türkiyə-ABŞ diplomatik münasibətlərində fəallıq hiss olunur. Elə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a gözlənilən səfərinə də bu kontekstdən yanaşılır.
Soydaşlarımız təzyiqlərin aradan qalxmasını və hüquqlarının bərpasını tələb edirlər
Hazırda Ərdəbil həbsxanasında məhbus həyatı yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəalları Behruz Əlizadə, Vədud Səadəti və Rəhim Qulami aprelin 1-dən yenidən aclıq aksiyasına başlayıb.
Güney Azərbaycanda yüzlərlə soydaşımız həbs olunub
Çarşamba, 07 Nisan 2010
Onların günahı Urmiya gölünün quruma təhlükəsinə etiraz bildirmələridir
Turqut - xalq cebhesi
İran təhlükəsizlik qüvvələri aprelin 2-də Urmiya gölünün yaxınlığında körpünün üzərinə toplaşmış və gölün suyunun qurudulmasına etiraz edən yüzlərlə azərbaycanlı fəalı həbs edib. Onlardan 25 nəfəri İlxıçı rayon Polis İdarəsində saxlanılır. Bundan əlavə, Üskü rayon Polis İdarəsinə göndərilmiş 47 soydaşımızdan 36-sı mülk girovu müqabilində azadlığa buraxılıb. Ancaq 11 nəfər hələlik polis idarəsində saxlanılır.