|
İzmirdə "Bakı-Təbriz gecələri" keçirilib |
|
|
|
|
Çarşamba, 28 Nisan 2010 |
Türkiyənin İzmir şəoərində "Bakı-Təbriz-İzmir gecələri" keçirilib. Tədbirə xalq artisti Flora Kərimova, müğənni Aslan Hüseynov, gənc estrada ifaçısı Rövşən Cibişov və jurnalist Firuzə Əsədullayeva dəvət alıb. Türkiyədən isə gecəyə ozanlar Ali Rıza Ezgi, Novruz Əli Çiçək və şair Öztürk Erbək qatılıblar. Konsertin birinci hissəsində tamaşaçılar əslən azərbaycanlı Elmar Əzimzadənin, onun həyat yoldaşı Bəyim Əzimzadənin, eyni zamanda Julien Lapunin, Dilan İlhanın və Bahtiyar Ondərinin ifasında Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyov, F.Əmirov, C.Cahangirov, Ə.Səlimi) əsərlərini dinləyiblər. |
|
Devamını oku...
|
|
Səid Mətinpur ürək xəstəliyindən əziyyət çəkir |
|
|
|
|
Çarşamba, 28 Nisan 2010 |
Tehrandakı Evin həbsxanasında saxlanılan azərbaycanlı jurnalist, insan haqları müdafiəçisi Səid Mətinpurun səhhətinin pisləşdiyi, kəskin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Həyat yoldaşıyla telefon əlaqəsi saxlayan Səid Mətinpurun xanımı Ətiyyə Tahiri mediaya açıqlamasında yoldaşının ürək həkiminə ciddi ehtiyacı olduğunu vurğulayıb: "Səid kəskin ürək xəstəliyindən əziyyət çəkir. Onun şəhər xəstəxanalarının birində müalicə olunması xahişi ilə zindan rəhbərliyinə müraciət etsək də, bizə cavab verməyiblər". |
|
Devamını oku...
|
|
Milli fəal Səməd Mövlaqulunun məhkəməsi keçirilib |
|
|
|
|
Çarşamba, 28 Nisan 2010 |
Aprelin 17-də Təbriz İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının fəalı Səməd Mövlaqulunun məhkəməsi keçirilib. Soydaşımız millətçiliyi yaymaqda və digər milli fəal Məhəmməd Yərhunla birlikdə sərhəddən qanunsuz Türkiyəyə geçməkdə, sonra gizli şəkildə ölkəyə qayıtmaqda günahlandırıb. Məhkəmə prosesinin nəticəsi barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, hər iki milli fəal 2008-ci il mayın 4-də soydaşlarımızı 22 may hadisələrinin ikinci ildönümüylə əlaqədar keçiriləcək aksiyalara çağırdıqlarına görə həbs olunmuşdu. Onlar dövlət quruluşuna qarşı təbliğatda günahlandırılaraq 91 gün həbs cəzasına məhkum edilmişdi. Ancaq Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını dəyişdirərək, həbsi şərti cəzayla əvəzləmişdi. Özü də Məhəmməd Yərhun hazırda Türkiyədən siyasi sığınacaq alıb. |
|
Pazar, 25 Nisan 2010 |
|
İNSAN HAQLARI MÜDAFİƏ TƏŞKİLATLARININ , HÜQUQ MÜDAFİƏÇOLƏRİNİN VƏ BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏ QURUMLARININ BASQISI NƏTİCƏSİNDƏ TEHRAN REJİMİ BMT-NİN İNSAN HAQLARI ŞURASINA ÜZVÜLK MÜRACİƏTİN GERİ GÖTÜRDÜ.
|
|
Devamını oku...
|
|
|
|
Sayfa 7 > 51 |