Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>

Qonaq sayacı

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBugün132
mod_vvisit_counterDün139
mod_vvisit_counterToplam53131

We have: 3 guests online
Bugün: Eyl 10, 2010
İran BMT-yə «yox» dedi, Türkiyəyə «hə» PDF Yazdır e-Posta
Salı, 18 Mayıs 2010
Elxan Nəsibli - Azadlıq Radiosu
İran Türkiyə və Braziliya liderləri ilə danışıqlardan sonra 3.5 faizlik uranı zənginləşdirmək üçün xaricə göndərməyə, əvəzində nüvə yanacağı almağa razılaşıb. Tehranda imzalanan plan BMT-nin təklifini yenidən canlandırır. Halbuki eyni sxemi nəzərdə tutan BMT planını İran rədd edirdi. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr və Almaniya cavab olaraq İrana qarşı yeni sanksiyaların mahiyyətini müzakirə edirdilər. 
Devamını oku...
 
İslam, yoxsa faşizm ölkəsi? PDF Yazdır e-Posta
Salı, 18 Mayıs 2010

S.Soltan 

İran rəsmiləri ölkənin çoxmillətli olduğunu çıxışlarında dəfələrlə bəyan ediblər. Ancaq fars olmayanların haqlarının təmini ilə bağlı, təəssüflər olsun ki, hələ də heç bir əməli addım atılmır. İranın keçmiş baş naziri, ötənilki prezident seçkisindən sonra formalaşmış müxalifətin liderlərindən biri, Mirhüseyn Musəvi bildirib ki, İran Ana Yasasında yer alan milli haqların təmini ilə bağlı maddələr də "icra olunmalıdır".

Devamını oku...
 
GÜNEY AZƏRBAYCAN MƏDƏNİ FƏALI HƏBS EDİLİB PDF Yazdır e-Posta
Salı, 11 Mayıs 2010

Bu gün günorta (10 may) Güney Azərbaycanın mədəni fəalı, tələbə hərəkatının keçmiş üzvlərindən olan Ayət Mehrəlibəyli Təbriz yaxınlığında Sofyan şəhərində şəxsi mənzilində həbs edilərək naməlum istiqamətə aparılmışdır.

 

İnsan Haqları Müdafiə Təşkilatının xəbər agentliyi “Herana” nın verdiyi məlumata görə, Məhrəlibəylinin ailə üzvləri onun mənzilində “İTTİLAAT” məmurları tərəfindən ağır döyülərək aparıldığın bildiriblər.

Devamını oku...
 
AZƏRBAYCAN ÖYRƏNCİ HƏRƏKATININ BƏYANATI PDF Yazdır e-Posta
Salı, 11 Mayıs 2010
AZƏRBAYCAN ÖYRƏNCİ HƏRƏKATININ 9 MAY AZƏRBAYCAN ÖYRƏNCİ GÜNÜ MÜNASİBƏTİLƏ BAĞLI BƏYANATI

Azərbaycan öyrəncilərinin mərkəzi hökuməti və ona bağlı başqa orqanların ayrı-seçkilik siyasətinə sistemli bir etiraz hərəkatı başladaraq səslərin qaldırdıqları gündən 15 il ötür.

Devamını oku...
 
İran rəsmiləri Təbrizdə Ermənistan konsulluğunu açılmağa hazırlaşdıqlarını bildirirlər PDF Yazdır e-Posta
Salı, 11 Mayıs 2010
Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün vasitəçiliyini təklif edən İran hakimiyyəti Ermənistanla əlaqələri genişləndirməkdədir. Lent.az-ın GünAzTv-yə istinadən məlumatına görə, İslam Respublikası xarici işlər nazirinin müavini Qaşqavi Ermənistanın Təbrizdə konsulluq açmasına dair ilkin razılığın əldə edildiyini söyləyib.

İrəvanda düşünürlər ki, Təbrizdə Ermənistan konsulluğunun açılması Tehranla İrəvan arasında əlaqələrin inkişafı üçün yaxşı şərait yaradacaq.
 
Urmiyada qədim məscid və çoxlu tarixi abidələr uçub-dağılır PDF Yazdır e-Posta
Salı, 11 Mayıs 2010

S.Sədi 

Urmiya şəhərinin "Gülüstü" məhəlləsində yerləşən "Lütfəli xan məscidi" uçmaqdadır. Bu məscid Güney Azərbaycanın mühüm qədim tarixi abidələrindən sayılır. Güneydən redaksiyaya daxil olan müraciətdə bildirilib ki, Güney Azərbaycanın tarixi abidələri baxımsızlıq ucbatından dağılmaqdadır. "GünAzTv"nin məlumatına görə, Azərbaycan mədəniyyəti, tarixi, abidələri və mənəvi həyatını əks etdirən sənət əsərləri nəinki İran İslam Respublikasının dəstəyindən məhrumdur, eyni halda hakimiyyətin özü tərəfindən ağır zərbələrə məruz qoyulmaqdadır.

Devamını oku...
 
Yerevanda Göy məscid hər gün İran vətəndaşları ilə dolu olur PDF Yazdır e-Posta
Cuma, 07 Mayıs 2010
Bütün ermənilərin katolikosu II Qaregin aprelin 26-da Bakıda erməni kilsəsini ziyarət edəndə Yerevanda məscidin fəaliyyət göstərdiyini bildirmişdi.

AzadlıqRadiosunun erməni xidmətindəki jurnalistlərdən həmin məscidi çəkməyi xahiş etmişdik. Onların çəkdikləri videoda görünür ki, Yerevanın mərkəzində Göy məscid fəaliyyətini davam etdirir. Orada İrandan gedən adamlar ibadət edirlər. Müxbirlə söhbət edən iranlıların çoxu tələbə olduqlarını deyiblər: «İki ildir Ermənistandayam. Konservatoriyada oxuyuram. Bu ölkədəki şəraitdən razıyam. Yeganə problem odur ki, iş yoxdur».
Devamını oku...
 
«BaşlatÖnceki12345678910SonrakiSon»

Sayfa 5 > 51