Güney Azərbaycan Milli Birlik Şurası-nın Azərbaycan Milli hərəkatı ilə bağlı durum dəyərlənidirməsi, no: 13/2014

Azərbaycan Türk millətinin son yüz ildə düşdüyü ağır durum, oyanmaqda olan millətimizin bütün fəallarının bu çətin şəraitdən qurtulmağa çalışması vacibliyini ortaya çıxarmışdır. Bəzilərinin azda olsa ümidləndiyi

Həsən Ruhanı-nində söz və əməli arasındakı faislə milli hərəkətçilərimizi daha dərindən düşünməyə və yeni planlar hazırlamağa sevq etmişdir.

Bu, üzdən iraq prezidentin iş başına gəlməsindən sonra millətimizə və milli varlığımıza tuşlanan basqı öz təsirini göstərmiş və yeni addımların atılmasını inkar edilməz etmişdir. Ancaq, xaricdə hər hansı bir addımı atarkən bütün milli fəalların başı o dartışmalara qarışaraq daxildəkilərin ağır durumu özəlliklə faşizm zindanlarında şkəncələr altında ölüm-qalım savaşı verən millətimizin qaymaqları unudulmamalıdır. Bütün bu asdı-kəsdi siyasətləri, tutuqlamalar, zindan və işkəncələr açıqca göstərir ki, fars hakimiyətinin ən böyük qorxusu Azərbaycan Milli Hərəkatının güclənməsi və yeri gələndə öz sözünü deyib hədəflərinə çatması olmuşdur.

Dəfələrlə vurguladığımız və “Milli şura-nın” məramnaməsində də qeyd edildiyi kimi “Milli Hərəkatımızın” birləşib güc mərkəzinə dönüşməkdən başqa çarəsi yoxdur. Fikrimizcə arzu etdiyimiz o gücü yaradaraq yolumuza dəvam edərsək ən qısa zamanda böyük başarı və uğur qazanacağımız inkar edilməzdir. Onun üçündür ki “Milli Şura” məfkürəsi ortaya atıldıqdan sonra bu günə qədər yaranmış 10-12 birlik, cibhə, konsey, və buna bənzərlərinin başarılı olması ümidi ilə hamısını dəstəkləmiş və uğyur diləmişik.

Ancaq, birlik adı ilə ortaya çıxan bu qurumların böyük əksəriyətinin mahiyətində şəxsi ehtiraslar, başqalarını dışlamaq, liderlik xəyalatı kimi mənfi alışqanlıqlar hakim olduğuna görə bir birinin yerini tutmağa çalışmışlar, birliyə alternativ halinə gəlmiş və təəssüflə başarılı olamamışlar. Eyni zamanda, bu qurumlar və yaradıcılarının bəzisi meydani təkəlləşdirərək öz hədəflərinə çatmaq üçün “Milli Şura-nın” əleyhinə geniş təxribat karakterli təbliqat aparmaqla birlikdə, bəziləridə ondan suistifadə üçün, içində çətə yaradaraq “DAK-ı ələ geçirib orada hakimiyət yaradmağı açıqca bəyan etmişlər”.

Bu oyunda nisbətən başarılı olsalarda, ancaq DAK-ın parçalanmasına yardımcı olmaqdan və “Milli Şuraya” zərbə vurmaqdan başqa bir nəticə ortaya çıxmamışdır. Çünki atalar demişkən niyət hara mənzil ora. Təəssüflə bu mənfi təbliqat öz təsirini qoymuş və milli hərəkatımızın mühtəvasından xəbərsiz, tarixcəsindən az məlumatlı olan, özəlliklə gənclərimiz və yeni qoşulanlarımızı aldata bilmiş və birliyə gedən düzgün yolun seçilməsində maniə yaratmışdır.

 “Bu arada yeri gəlmişkən bir məsələyə toxunmağı da vacib sayırıq. Quzey Azərbaycandakı milli quvvələrin Güney Azərbaycan probləminin həllində apardıqları fəaliyət və göstərdikləri yardımları alqışlamaqla birlikdə onlardan israrla istərdik ki, bu birlikdəli yolçuluğumuzda çox diqqətli olub və hər tərəfli məlumatları olmuyan məsələlərdə müdaxilə etməsinlər”.

Bütün bunlara baxmıyaraq, biz bir daha əlan edirik ki, başarılı olmaqları arzusu ilə Güney Azərbaycanın nəcatı üçün atılan hər addımı, yığışan hər toplantını və bir araya gəlmələri dəstəkliyərək onlara uğurlar arzulamağı özümüzə milli borc sayırıq. Çünki bizim istək və arzumuz hansı vasitə ilə olursa olsun, Ancaq millətimizin nəcatıdır. Şübhə yoxdur ki, hər hansı bir qurumun başarısı bizim arzumuzla deyil, onun demokratlığı, möhtəvasi, quruluş fəlsəfəsi, zəman və məkana uygunlğu, və adına yaraşığı ilə yaxından ilgilidir. Özəlliklə hər hansi bir ad seçərək bir qurumun yaranması, o ada uygunlaşmasa ortada başqa hədəflərin mövculuğuna bir işarə kimi qəbul edilməkdədir. Bu durumda yaranan qurumun əhəmiyəti düşülürülərək, fonksiyonu deyişdirilərək, sulandırılır, cılızlaşdırılır və özgələşdirilir. Buda, qurumdan alınacaq nəticələri vermiyəcəyinə görə milli hərəkatımıza ziyanlar gətirir.

Güney Azərbaycan Milli Birlik Şurası Təbliqat komitəsi

Tarix: 14.04.2014

Go to top