İranda rejim böhranı və Azərbaycan milli hərəkatı

Güney Azərbaycan Milli Birlik şurasının durum dəyərləndirməsi

(hörmətli federal demokrat dostlarımızın bəyaniyəsi əsasında)

1-    Asimilasyon, milli ayrı-seçkilik və nəticələri

Azərbaycan aydınlarının böyük rol oynadığı İranda asimilasyon siyasəti, özəlliklə 20-ci çağın başlangıcından daha da sürətlənmişdir.

Dünyada modern millətləşmə sürəcindən kənarda qalan “Azərbaycan Türk Milləti” öz kimliyini itirmiş və uzun müddət qafilədn geri qalmışdır. Azərbaycanın üzdən iraq aydınları, öz milli varlıqlarını fəda edərək Şahlıq vəya kominizm təbliqatı ilə, İran adı altında  farsçılığı vəya dünya proltaryasını qurtarmağa çalışmışlar.

Bu yanlış tutum nəticəsində Azərbaycanın bütün milli varlığı talanmış, hər şeyi, ama hər şeyi əlindən alınmışdır. Şübhə yoxdur ki, farsçı Arya irqçılarının hədəfi, o ölkədə fars dilini hakım qılma və başqa bütün xalqları əritmək olmuşdur. Acınacaqlı burasıdır ki, rasizmin köklərini anlamaqdan yoxsun, şovinizmin mahiyətini idrakdan aciz bəzi aydın insanlar, vəya təslimçilyi böyük siaysət sayan bəzi qurumlar, hələdə aldanmaqda və bilmiyərəkdən milli hərəkatımızı təhrif etməyə dəvam etməkdədirlər. Fars şovinizminin boyutlarını düzgün ölçənmiyənlər, Azərbaycan Milli Hərəkatını iranda rejim davasına sürütləməkdədirlər, bunu qınamamaq olmaz.  Bu probləmi nəzərdə alaraq, milli Şura əsasnaməsinin 8-ci səhifəsində 1.3.1- ci bəndində yazılır:

“Azərbaycan probleminin həllini hər siyasi təfəkkürdən öndə görüb, öncə ona çalışanlar və bu əsasnaməni qəbul etmiş bütün təşkilat və şəxslər din, ideoloji və dünyagörüşündən asılı olmayaraq bu quruma üzv ola bilərlər. Əsas məqsəd İranda aparılan farsçılıq şovinist siyasətindən qopub Azərbaycanda Türkçülük siyasətinə yapışmaqdır. Bu barədə nizamnamə bölümündə geniş məlumat verilmişdir (Azərbaycan mərkəzli düşüncə siztemi)”.

Doğrudur ki, ölkənin böyük əksəriyətini təşkil etmiş Türklərin bir bölümü ərimiş və yox olmuşdur. Ancaq, Azərbaycanın tarixi topraqlarında yaşayan Azərbaycan Türkləri, özəlliklə Azərbaycanın birinci bölgəsi sayılan Təbriz, Urmu, Ərdəbil və Zəncanda bu baş tutmamışdır. Bu əritmə siyasətini birdən- birə həyata geçirmənin imkansız olduğunu anlıyan və onun təhlükəli olduğunu, o zamanın Avrupa şovinizmi və İngilis empiryalizmindən öyrənən Arya ırqçıları, addım- addım, zaman və məkana uygun olaraq həyata geçiriblər. Unudulmamalıdır ki, Rizaxanı iş başına gətirən İngiliz əmpiryalizmi çox gözəl bilridi ki, böyük əksəriyətini başqa millətlər təşkil edən o ölkədə, bir dil, bir qan, bir topraq yaratmaq mümkün deyildir.

Ancaq orada yaşıyan xalqların sərvətini, özəllklə Ərəblərin nəftini talamaq üçün bu siyasət, ən əlverişli alternativ idi. Pəhləvi rejimindəki taktiklər islam cumhuriyətində təkmilləşmiş, dini kültürümüz də farslaşdırma yoluna qaydırılmışdır. Demokrat firqəsinin bir illik yarı- milli hakimiyətində yarı- milli anadilində təhsilin nəticələri unutulmamaqla birlikdə, milli varlığımızın qorunması və milli dövlətçilik təfəkkürü 1960-lardan, Türk mehvərli Azərbaycançılıqla başlamışdır. Şumali Azərbaycan

cumhuriyətinin qurulması ilə genişlənən bu hərəkət may 2006 qalxışı ilə yüksəlmiş və həmin usullara dayanaraq dəvam edəcəkdir. Bu yüksəlişdən azcacıq ibrət dərsi alan Rusçu koministlərimiz, farsçı Şahçılarımız, hələdə uşaqlarını Moskovada oxudan Rus vurqunları, hələdə özləri və uşaqlarına ana dillərini öğrətməkdən çəkinən fars vurqunları təəsüflə tam mənasi ilə çağdaş milli hərəkatımızın mahiyətindən xəbərsidirlər. Ya da, çəşitli fikrilər ortaya ataraq, özlərinə yaraşan sözləri, milli təfəkkürlülərin üstünə ataraq, Azərbaycan deyil, başqalarına xidmət etdiklərini bir gün seçərlər inşallah.

2-    Milli ayrı seçkilik qarşısında milli müqavimət

Azərbaycan xalqı, şiddətli təbliqat bombardumani altında, hər tərəfli, ancaq gizlin basqılar nəticəsində özünü itirmişdi. Ancaq geçən 20 ildə, bəlli dəlillərə görə özünün Türk milli kimliyinə qayıtmağa başlamışdır. Bu itginin yaranmasında Rusçu koministlər qədər, Farsçı şahçılarımızın rolu yuxarıda da qeyd edildi. Bu 20 ildə ayrı- seçkiliyin dərinliyini qavrıyaraq, milli hərəkatımızın fəallarının, ədalət uğrunda apardıqları mübarizə, Fars şovinizminin 100 ildə yaratdığı yalançı təbliqatın örtüyünü açdığı kimi milli hərəkatımıza böyük güc qazandırmışdır. Azərbaycanın bütün şəhərlərində, kəndlərində və hətta ikinci bölgələrində, 22 may-da baş verən dirçəliş, aydınca göstərdi ki, bu hərəkət öz haqlarının son damcısına qədər almayınca dincəlmiyəcəkdir. Bunu hiss edən farsçı siyasətçilər yeni tədbirlərə başladılar. Bu tədbirlərdən biridə həmişə olduğu kimi öz içimizdən bəzilərini aldadararq, Azərbaycançılıq mərkəziyətindən yayındırmaq olmuşdur.

3-    May ayının 22- si qiyami ( Xurdad 1385) və ondan qazanılanlar

Xurdad qiyamının Azərbaycan milli hərəkatına qazandırdıqlarını bu kiçik həcimli münasibətdə yazıb bitirmək mümün deyil. Qısaca toxunulursa, bu dirçəliş bir tərəfdən milli quvvələrimizin özünə güvənini artırırkən, başqa açıdan da, şovinizmin mahiyətini anlamıyan soydaşlarımıza bir oyanış qamçısı yendirdi. Təqribən 10 min nəfərin sorqu-suala çəkildiyi, 2000 nəfərin tutuqlanddığı, 100-lər Azərbaycan Türkünün işdən qovulması, milli fəallarımızın böyük əksəriyətinin məhkəmələrdə sürünməsi və nəhayət dirçəlişlə bağlı 10-15 soydaşımızın şəhadəti qarşısında “İran” təşkilatları ağızlarına sükut möhrü vuraraq qımıladamadılar. İnsanlıqdan, insan haqlarından, demokrasidən danışan bu insan və təşkilatlar açıq – aydın göstərdilər ki, İranda demokrasinin ən böyük düşməni Farsçılıq siyasəti, insanlığın ən böyük düşməni irqçı Fars şovinizmidir. Onunla da doymadılar, Daryuş Humayun kimi rasisitlər, Azərbaycanlıların səsini boğmaq üçün düşmən olduğu Tehran hakimiyəti ilə iş birliynə çağırdı. Aydınlarımızın bir bölümü ona dəstək verərkən Nobel mükafatı alan hörmətli soydaşımız Şirin xanım İbadidən dəfələrlə istənsə də siysi zindanilərimizi müdafiə etməkdən çəkinməsi faciəmizin dərinliklərindən xəbər verir. Bu təfəkkürü öncədən seçmə qabiliyətində olan mili şuraçılar, əsasnamənin giriş bölməsinin 5-ci səhifəsində yazırlar:

“Başqa zaviyədən baxanda dünyada demokrası mücadiləsi aparan bütün qüvvələr bilirlər ki, İranda demokrasinin ən böyük əngəli fars şovinizmidir. Onun qarşısında dura-biləcək tənha güc isə Azərbaycan Milli Hərəkatıdır. Milliyyətindən asılı olmayaraq bütün demokratların bizimlə birləşərək güc mərkəzinə dönüşməmizə müsbət dəyər verməsi gözləniləndir.”

Bu qalxışın başqa qazancı, bəzi soydaşlarımızın, özəlliklə, geçmişdə sol təfəkkürün ancaq anti Türk batlağında boğulan soydaşlarımız, milli-insani haqlarımızı müdafiə edən, Türklük və Türkçülük şuarlarına azda olsa müsbət göz ilə baxmağa məcbur olmalarıdır. Təəssüflə aldıqları yalançı İran tarixi altında Fars vurqunlarımız, girdikləri üzdən iraq elm dağarcığından çıxamadıqları üçün, düzgün siaysi təhlil gücünə sahib olmadıqlarına görə, son prezident seçgiləri və ondan sonrakı hadisələrlə münasibətdə genə xətalı yol seçməyi unutmadılar.
Xurdad qiyamının bir başqa qazancıda, dünya əfkari ümusunda tanınmaqla birlikdə, iran rejiminin altervativlərinin, gücümüzün ölçüsünü anlamaları olmuşdur. Ancaq təəssüflə irqçı təfəkkürün bu gücün istəklərini tanıyamaq qabiliyətində olmadığına görə, hiləgəranə siaysətləri ilə, onu öz arxasında çəkməyə çalışdı və çalışmaqdadır, ayıq- sayıq olmalıyıq.

4-    İranda 10-cu prezident seçgiləri

Bu seçgilərdə əhalinin böyük əksəriyətinin iştirakı, danılmazdır. Bunun çeşitli səbəblərinin yanında hakimiyət daxili çəkiş-bərkişlərində rolu az deyil. Mühafizəkar və islahatçı adlandırılan qrupların, islami baxışları, dünya görüşləri və idarə sistemlərində fərqli görüşlərə baxmıyaraq, bugünkü nizamin saxlanılması fikrinde bir dayrədə olduqlarıda aydındır. Seçgi sonrası hadisələr, tutulan başçıların etirafları bunu sübut etsə də, təzahüratlarda səsləndirilən şuarlar, rejim deyişikliyini istəyənlərində səs vermədə iştirak etdiyinin göstərcəsidir. Belə bir rejim deyişikliyinin bizə gətirəcəyi fayda və ziyanların düzgün tərəzidə ölçülməsi gərəkdiyini vurqulayarq, heç bir hay-küyə aldanmadan, yaşadığımız o ölkənin daxilindəki prosesləri dəqiqliyi ilə incələməyimizin altını çizmək gərəkir.

5-    Yeşillər hərəkatı və Azərbaycan milli hərəkatının vəzifələri

Yuxarıda da qeyd edildiyi kimi xalq etirazlarının başlanmasında müxtəlif səbələr olsa da, onun Tehrandan çıxamamsının səbəbləridə öğrənilməlidir. Bütün çabalara baxmıyaraq, quds günü etirazlarının başqa bölgələrə yayılmaması, özəlliklə, yeşillər hərəkatının xaricdəki nümayəndələri oaln Nurizadə, Əkbər Gənci, Məxəlbaf kimilərinlərin, Güney Azərbaycanı aldatmacalrının təsirsizliyi diqqətə layiqdir. Bu sükutun milli hərəkatımıza qazandırdığı imtiyaz, qoşularaq itirəcəyi quvvələrlə müqayisədə, xalqımızın siyasi inkişafının bir nümunəsidir. Xalq gözəl başa düşümüşdür ki, yeşillər hərəkatına başçılıq edənlər, Azərbaycansız bu hərəkatın başarılı olacağının mümükünsüzlüyünü bilə-bilə, nədən heç olmasa, bizim haqlarımızın tanınacağına, dildə də bir söz vermirlər. Çünki, onlarda daxil olmaqla İran siaysətlərini yeridənlər və yeritmək istəyənlər bizə bir haq tanımırlar.

Bu  durumda Azərbaycan milli hərəkatının tutumu necə olmalııdr.

Yeşillər hərəkatının başlangıcında, Azərbaycan Milli Hərəkatının bəzi fəalları, aydınları və qurumları, tələsik fikir söyliyərək, hərəkatımızın bu etiraz aksiyonlarına qoşulmağını təbliq etməyə başladılar, müsahibələr verdilər, bəyaniyələr yaydılar. Bu durumun xətali olduğunu seçən quvvələrin fəaliyəti nəticəsində və millətimizin ayıqlığı qarşısında  geri oturan bu quvvələr, yanlış və xətali siyasətlərini dəvam etdirmək üçün son zamanlar, fikirlərində deyişiklik edərək Azərbaycan milli hərəkatının yeşillərlə paralel olaraq, ama öz milli şuarlarımızı önə sürməklə bu “ümum İran” etirazlarına qoşulmağa dəvət edirlər. Biz bu insan və quruluşlara heç bir ittiham vurmadan, onların Azərbaycan yolunda çəkdikləri zəhmətlərə yüksək dəyər verərək, bu xətali siyasətlərinin səbəbini dörd çatışmamazlıqda görürük.

1-    İrqçı Fars şovinizminin mahiyətini anlamamaq.

2-    Demokrasidən danışaraq, başqalarının fikir daiyrəsini daraltmaq üçün onlara çeşitli ittihamlar, o cümlədən, qeyri siyasi əngi, savadsız, irqçı kimi böhtanlarla özlərini böyük siyasətçi sayamaq.

3-    Qeyret göstərsələr də, hələ də, aldıqları Farsçı və Rusçu təlim, tərbiyə və kültürdən xaric olamamq.

4-    Məsələləri kökdən araşdırıb, bütün olayları bir koordinasyon səhifəsində yerləşdirib, qızıl xətti tapmaq gücünün, beyin yariqlarında yerləşdirəməməlri.

Bu dostlarımız başa düşməlidirlər ki, Azərbaycan milli hərəkatı bu etirazlara qoşularsa, iki yoldan birini seçmək məcburiyətindədir.

a-    Öz milli şuarlarını verərək, etiraz aksiyaları geçirmək. Belə halda, hətta əgər ən ibtidai istək olan, 15-ci maddədən də sohbət gedərsə, iki ziyani olacaqdır.

a-1- Bu şuarlar, yeşillərin böyük əksəriyətinin pan iranist şuarlarının əleyhinə olduğuna görə, Fars bölgələrindəki anti rejim mübarizələri yavaşlıyacaq.

a-2- Hakimiyət bunu bəhanə edərək, bir tərəfddən yeşilləri daha güclü əzəcək, o biri tərəfdən də milli hərəkatımıza daha sərt divan tutacaq.

b-    Yeşillərin şuarlarını verərək, onları gücləndirmə hədəfinin də iki ziyanı olacaqdır.

b-1- yeşillərin içində əriyərək çürüyəcəyik. Çünki bu modellə yeşillərin Azərbaycanda güclənməsi durumunda, 5 gün sonra, hər hansı bir azərbaycanlı milli istəkləri dilə gətirərsə, məsələnin mahiyətindən xəbərsiz təzahürata qoşulan həmin azərbaycanlı, həmin təzahüratda ona diyəcək” qərdəş indi bu sözlərin zamani deyil”.

b-2-  On gündən sonra, rejim deyişib, yerinə o biri rasist təfəkkür gəlincə, Azərbaycan milli hərəkatı öz haqqını istərsə, öncə zaman öldürəcəklər, sonra bizdən bir iki nəfəri nazir qoyacaqlar, qərb aləminin yardımı ilə öz təfəkkürlərindəki üzdən iraq demokrasını yerləşdirdikcə, kitablarımızı yandırmağa başlıyacaqlar.

Onda Azərbaycan milli hərəkatının bugünkü vəzifəsi nə olmalıdır?

Bu məsələyə toxunmadan, geçən günlərdən birində bir paltalk otağında, güneydən qoşulan tanınmış bir fəalin fikilərini ilətmək faydalı ola bilər. O öz çıxışında belə dedi” Azərbaycan milli hərəkatı yeşillər hərəkatına qoşulmadığına görə, hakimiyətin nəzəri bizə yumuşalmışdır, bundan istifadə etmək modelini tapmalıyıq”. Biz bu fikirə çox qoşulmasaq da, bütün görüşlərin təhlilini faydali görürük.

Onun üçündür ki, Bizcə Azərbaycan milli hərəkatı bugün aşağıdakı siaysətləri yürüdərək, özünü gələcəkdəki hadisələrə hazırlamalı və Fars irqçılarının ınqıldıya- ınqıldıya geçdiyi bu dar boğazda, tam zamanında onun boğazından yapışıb, bütün haqlarını almalıdır.

1-    İranda gedən hadisələri bütün boyutları ilə izləməli, dərinliyinə təhlil etməli və düzgün nəticə çıxarmalıdır. Təbliqat vasitələrimiz bir tərəfli yol siyasətini buraxmalı, bütün fikirlərə eyni fürsəti yaratmalıdırlar.

2-    Milli hərəkətimizin xaricindəki heç bir olaydan etkilənmiyərək, geçən 20 ildə apardığı aydınlatma, oyanış, təbilqat və etiraz aksiyalarının  modelinin çox deyişmədən, mədəni formada və beynalxalq hüquq çərçivəsndə dəvam etdirməlidir. Bu brədə Milli Şura əsasnaməsinin birinci bəndinin giriş bölməsinin 5- ci səhifəsində belə yazır:

“Bütün bunlar göstərir ki, bir tərəfdən dünya dövlət və millətləri ilə diplomatik münasibətlər qurmaq, başqa bir tərəfdən BMT-nin 1960-cı il, 1541 ( XV) saylı “milli müqəddəratı təyin etmə hüququ” bəyannaməsinə müraciət etmək bu işin məntiqi həllinə yol açacaqdır. Bu bəyannamənin arxasınca 1966-cı ildə BMT-nin üzvü olan dövlətlər, o cümlədən “tərkibində Cənubi Azərbaycanın da yerləşdiyi” İran dövləti ilə imzaladığı 2200A (xxı) saylı  iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın müddəalarının xatırlanması zəruri hesab edilir. Əlavə 1 də (Sancaq 1) qeyd edilən bu müqavilənin müddəaları BMT-nin insan haqları komissarlığının Bakı şöbəsinin AZƏ/95AH/12 nəşriyyəsindən eynən nəql edilmişdir”.

Əlimizə fürsət düşdükcə, öz müstəqilliyimizi qoruyaraq,  fotbal  müsabiqələrində olduğu kimi, dirənişimizə dəvam etməliyik.

3-    Hərəkatçılarımız, Farsçılıq siyasəti güdən ırqçıların arasındakı bu yarqanı, aqıllı siyasərlərlə daha da dərinləşdirməlidir.

4-    Öz gücümüzü toparlıyaraq, zaman və məkan şərtlərinə uygun olaraq, başqa siyasi güclər əl uzatdığı təqdirdə milli mənafeimizi qoruyacaq usulla müzakirələrə hazilaşmalıyıq.

5-    Beynalxalq təşkilatlara, dünyanın aparıcı güclərinə özünü tanıtmağa dəvam edərək, demokratik ölkələrlə diplomatik əlaqərini yaratmağa qeyrət göstərilməlidir.

6-    Modern ilətişim və ulatışım vasitələrindən düzgün faydalanaraq, sistem yaratmağa çalışıb, zamanında duruma uygun sözü deməyə çalışmalılıyıq.
Geçmişdəki xətalarımızı tikrar etməsək, bu və buna bənzər siyasətlərlə millətimizin qollarındaki əsarət zəncirlərinin açılmasına çox qalmadığına inanırıq. 

6-    Azərbaycan milli hərəkatında infial ( küskünlük)

Yeşillərin etiraz aksiyalarına, Azərbaycan milli hərəkatının qoşulmamsını bu hərəkatın infiali kimi dəyərləndirənlər böyük xəta içindədirlər. Bu sükut ən qalabalıq aksiyonlardan da daha böyük məna daşıdı, daha böyük faydalar sağladı. İslahatçıların Tehran televizyonlarındaki peşmanlıq havalarını, Azərbaycan milli hərəkatının zindanları fəth edərək, qıllarınında qımıldamadığını görən Fars şovizminin nümayəndələri, o cümlədən Nurizadələr başa düşdülər ki,  o ölkədə deyişikliyin iki amili var: Azərbaycanın qoşulması vəya xarici dövlətlərin müdaxiləsi. Onun üçündə bütün oyunlara baş vuraraq, bizi bu işə qatmağa çalışdılar, ancaq ayıq millətimiz aldanmadı. Fikrimizcə, İran adı altında dünyanın bir çox təbliqat vasitələri, o cümlədən BBC və VOA- nı əllərinə alan bu insan və qurumların bizi tanıyıb, tərəfimizə əl uzatmaları, onlara qoşulub içlərində təhlilə getməklə deyil, tutduğumuz “ Azərbaycan məərkəzli düşüncə sistəmi” daxilində hərək etməklə, məcbur etməliyik.

7-    Azərbaycan milli hərəkatında inhiraf deyil, düz çızgı var

İndiki şərtlər altında Azərbaycan milli hərəkatının apardığı sükut siyasəti ən doğru, ən vermli və faydalı siyasət sayılmalıdır. Yuxarıda qeyd etdiyimiz məntiqə uygun dəlillər açıqca göstərir ki, ayıq millətimizin tutduğu yol, milli hərəkatımızın inkişafına və nəhayət yeri gələndə öz sözünü deməyə imkan yaradacaqdır. Şovinizmin mahiyətini düzgün dərk etmiyənlər vəya haqli olaraq islam cumhuriyrtinin asdı-kəsdi siyasəti ilə barışmağın doğru
6olmadığnı önə sürən soydaşlarımızın başa düşmədiyi bir şey var. Biz İranda rejim deyişikliyinin arxasınca getsək, verəcəyimiz qanların milli varlığımıza heç bir faydası olmadığı kimi, gələcək rejimin mahiyətindən asılı olaraq, daha da qara günləri gözləməliyik. Onun üçündür ki, qoşulmamağı inhiraf sayanlar, ölçü dəyərlərini daha düzgün tərəzidə dartmalıdırlar. O halda, bilmədən milli hərəkatımızı təhrif etməkdən çəkinəcəkləri inanılan bir gərçək ola bilər.

8-    İnhirafin köklərini harda axdarmalıyıq
-    Görəvimizi düzgün dəyərləndirilməmkdə

Azərbaycan milli hərəkatının yeşillər hərəkatına qoşulmasını tələb edən dəyərli soydaşlarımız, əslində bugünkü durumu düzgün dəyərləndirmə qabiliyəndə deyillər. Tehranda və onun arxasınca dünyanın bir çox ölkısində onu dəstəkliyəcək mahiyətindəki təzahürat, rejim əlehdarı olmaqla birlikdə irticai fars irqçılığına dayanmaqdadır. Baxmıyaraq ki, onun daxildəki rəhbərləri, rejimin yıxılmaması üçün ayaq irəli qoyduqlarını bəyan edirlər. Başqa sözlə, bu hərəkət ya rejimin uzanmasına yol açacaq, ya da Musəvi, Şapur Bəxtiyarın rolunu tərs yöndə oynuyacaq. Başqa ifadə ilə bu rejimin yerinə ayrı rasistlərin gəlməsini təmin edəcəkdir. Milli hərəkatımız öz sükutu ilə, İran başabaş təşkilatlarına və deyişiklik istəyənlərə sübut etdi ki, Azərbaycansız deyişim mümkün deyil. Bununda nəticəsində illər boyu bizim hərəkatımızı tanımaq istəmiyən, hətta adımızı da çəkməkdən çəkinən bəzi quvvələr, aldatıcı olsa da bizə əl uzatdılar. Gücümüzü artıraraq, bu düzgün siyasətə dəvam edərsək, böyük başarılar əldə edəcəyimiz danılmazdır.

-    Mübarizə mərhələrinə uyumsuzluqda
Təbiətin, camiənin və siyasi mübarizələrin ayrılmaz və danılmaz parçası olan təkamül fəlsəfəsindən qopup, pillələrin neçəsini birdən atlamaq düşüncəsi, yanlış olduğu kimi milli hərəkatımıza ziyanlı bir davranışdı. Onun üçündür ki, milli mübarizlər tələsmədən, zaman və məkan şəraitinə görə öz hərəkətlərini tənzimləyir. Bunun ən bariz nümunəsi olaraq fotbal müsabiqələrindki hərəkətləri dəyərləndirmək olar.

Şübhə yoxdur ki, siyasi mübarizədə daimi düşmən olmadığı kimi daimi dostda yoxdur. Bunda da şübhə yoxdur ki, siyasi mübarizədə çəşitli quvvələrlə iş birliyi vacibliyi qaçınılmazdır. Ancaq, sağlam aqıla sığmadığına görə, düşmənlə işbirliyi, tarixin heç bir mərhələsində  görünməyib. Hər hansı bir səbəbə görə bəzilərinin tərəfindən belə bir

addım atılmış olsa da,  mübarizənin məğlubiyətinə yardımçı oluğuna görə qınqnıb. Buna görə Azərbaycan milli hərəkatı öz müstəqilliyini qoruyaraq, doğru yolda mübarizəsini dəvam edir.

-    Milli mübarizəmizlə islam cümhuriyəti arasında Çin duvarı varmı ?

Şübhə yoxur ki, Güney azərbaycanlılar və o ölkədə yaşıyan 30 milyon türkün alın yazısına, ölkədə baş verən bütün hadisələr təsir etməkdədir. Bəzi quvvələr islam cümhuriyəti ilə aralarında Çin səddi yaratdıqlarına görə yeşillər hərəkatına qoşularaq bu hakimiyəti yıxmağa çağırırlar. Bundan sonra gələcək hakimiyətin nə olacağı çoxlarına aydın olduğuna görə, daha doğru seçimin ortaya atılmasını irəli sürməkdədirlər. Daha doğrusu Azərbaycan milli hərəkatı o ölkədə rejim deyişikliyinə yox, fars mərkəzli dövlətçilik sistəminə son qoymalıdır. Bununda təkcə yolu, Azərbaycanın tarixi topraqlarında yaşayan, o cümlədən Tehranda ərimiş vəya əriməyə doğru gedən Türklərin öz milli kimliyinə qayıtması və milli haqlarını sonuna qədər tələb etməsi ilə mümükündür.

Milli hərəkatımızı, İranda rejim deyişikliyinə çağıraraq, ondan sonra milli haqlarımızın alınmasını irəli sürənlər, bu haqların demokratik qaydalarla alınmasını sovunaraq, böyük xəta içindədirlər. Çünki :

1-    Bugünkü fars təşkilat və şəxsiyətləri iş başına gələndə vəya gələndən sonra, bizim üçün iki durum ortaya çıxacaqdır.

a-    Baxmıyaraq ki, bu quvvələr hələ bugünə qədər bizim milli haqlarımızı ən ibtidai formasında belə qbul etməyib və heç bir açıqlama verməyiblər. Fərz edəlimki, mübarizənin qızışdığı mərhələdə, məcburi olaraq bizə haqlarımızın tanınması barədə söz verdilər. Gücsüz halda söz verməkdən qaçınan bu quvvələr, qalib gəldikdən sonra, yaradacaqları qərb təmayüllü, fars irqçılığına dayanan güclü bir rejim, yavaş- yavaş və daha modern taktik və sistemlərlə başımıza daha böyük oyun açacaqlar. Nəhayət o dönəmdə cıngırını çıxardanı asacaqlar.

b-     O vədələrə inanmıyan milli hərəkatçılar, rejim deyişikliyi dönəmində daha radikal mübarizəyə qalxaraq, öz haqlarını almağa çalışacaqlar. Ancaq iki amilin sıxışdırdığı məngənə arasında əzilərək böyük itgi verib, qan itgisinə uğruyacaqlar. Bugünkü şərtlər altında bu iki amil ibarətdir.
-    Millətimizin böyük əksəriyətinin hələ oyanmaması.
-    Hərəkatımızın içində olan bəzi quvvələr, özlərini böyük siyasətçi hesab

edərək, bilmiyərəkdən aldatıcı ifadələr işlədib, şovinizmə yardımçı olmaları.
Bütün bunları nəzərdə alaraq, öz müqəddəratımızı qansız-qadasız təyin etmək haqqını qazanmaq üçün nə etməliyik.
Gücümüzü millətimizin bütün boyutları ilə oyanmasına sərf edib, tarixi topraqlarımız və Tehranda yaşayan 30 milyon türükün böyük bölümünün ayaqa qalxmasını təmin edərsək, iki hal baş verər.

a-    İranda kimin hakimiyətdə olmasından asılı olmuyaraq, bu güc ilə müzakirəyə oturub, haqlarımızın tanınıb verilməsi məcburiyətində qalmaları. Bu halda, hamımızın arzuladığı demokratik usullarla, qan tökülmədən Azərbaycan düyününün açılması mümkündür.

b-    Rejimlərin deyişdiyi sürədə daha radikal mübarizə yolları, ama az itgi ilə öz müqəddəratımızı təyin etmə.
Yuxarıdakı təhlillərin mahiyətinə daha da aydınlıq gətirmək üçün, milli Şuranın əsasnaməsinin birinci sətirinin birinci cümləsi olan, hədəf və dördüncü səhifəsində olan tarixi təcrübələrimizi açıqlıyan mətni aşağıda huzurlarıza təqdim edirik:

Əsas məsələmiz “Güney Azərbaycanda milli müqəddəratın təyini”dir.

“Keçən əsrdə İranda hakim olan farsçılıq siyasəti başqa xalqların əridilməsinə xidmət etmişdir. O ölkədə çoxunluğu təşkil edən azərbaycanlıları tamamilə məhv etmək mümkün olmamış, bu millət zaman-zaman ayaqlanaraq öz milli haqlarının təmininə çalışmışdır. Ancaq mərkəzi hökumətin aldadıcı siyasəti və beynəlxalq şəraitin uyğunsuzluğu səbəbilə milli-insani haqlarının ən ibtidaisini belə əldə edə bilməmişdir. İnanılması çətin olsa da,  həqiqət budur ki, 30 milyonluq Cənubi Azərbaycan türklərinin bir sinif belə ana dilində məktəbi yoxdur. Baxmayaraq ki, keçən yüzillikdə bu ölkədə baş verən bütün inqilab və dəyişikliklərdə öndə gedən azərbaycanlılar olmuşdur. Amma  Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri hərəkatları və azərbaycanlıların dini rəhbəri olan Ayətullah Şəriətmədari dirənişi müxtəlif tarixi səbəblərə görə başarıya ulaşamamışdır.  Onun üçündür ki, Azərbaycan milli hərəkatının birləşib güc mərkəzinə dönüşməsi bu gün tarixi zərurət halına gəlmişdir. Azərbaycanlılar öz milli haqlarının təmini üçün təhrif olunmuş tarixlərinin doğrusunu öyrənməli və farsçılıq siyasətindən  uzaq, müstəqil bir təfəkkür dairəsində birləşməlidirlər”.

-    Iran islam cümhuriyətini görməməzlikdən gəlmə

İran isam cümhuriyətinin bir dövlət kimi var olduğu, onun bütün quvvələrinin işlədiyi və öz idelojisi çərçivəsində fəaliyəti inkar edilməzdir. Bunu inkar edənlərin xəyalat içində olduğu danılmaz bir faktıdr, ancaq şovinist təfəkkürün ortada qalxmadığı sürəcə, bu rejimin yıxılması ilə bizim haqlarımızın tanınanacağına da inanmaq, sadəlovhanə bir xəyaldır.
Azərbaycan milli hərəkatının təhrif edilməsində rəhbərlik iddealarının böyük payı olmaqla birlikdə, həmin ruhiyədən qaynaqlanan vəya siaysi təcrübə yoxsulluğundan

qaynaqlanan, başqalarına , nadan, qeyri siyasi və elmi dərəcələrinə xor baxmağın da rolu böyükdür.
Bütün bunları göz önündə tutaraq, milli şura, qarşısına qoyduğu əsas hədəfin “milli müqəddəratı təyin etmək” ilə birlikdə demokratik biçimdə idarə olunma fəlsəfəsini nizamnaməsində qeyd edib və ona bağlı qalmışdır. Baxmıyaraq ki, Güney Azərbaycanlıların manteleti, doğulub yaşadıqları mühit, milli düşüncə xaricində başqa fikirlərə və millətlərə xidmət üçün apardıqları mübarizə və bunun kimi özəlliklər demokratik milli fəaliyət yolunda böyük maniə törətməkdədir.

Milli hərəkatızı təhrif edən amillərin ortadan qalxması üçün milli şura əsasnaməsini diqqətlə oxumağı önərməklə birlikdə, rəhbərlik davasına son qoymaq üçün “Şura” rəhbərliyinə inananlara, əsasnaməmizin 15-ci səhifəsində “Nizamnamə” bölməsində, başqanlıq şurası ilə bağlı düşüncələri aşağıdatəqdim edirik:
2-2-1-    7 vəya 10 nəfərlik Başqanlıq Şurası-nın görəvləri

“Başqanlıq Şurası üzvlərindən hər biri bir icra komitəsi ilə ilişgi məsulu olaraq təyin edilir. O komitənin verdiyi məlumat, təklif və icraatı başqanlıq şurasının aylıq iclasında təqdim edər. Hərəkatın gedişatına görə üzvlərin təklifləri, milli məclisdən gələn təkliflər və ya icra komitələrindən gələn istəkləri incələr, uyğun gördüklərini əlaqədar komitəyə yazılı şəkildə bildirər. Başqanlıq Şurası eyni halda aşağıdakı görəvləri yerinə yetirər:
Təşkilatın ümumi yönətimini əsasnaməyə uyğun olaraq həyata keçirir.
Xarici ölkə və təşkilatlarla ilişgi qurar.
Öz içindən təşkilata altı aylıq müddətinə sözçü seçər.
Mətbuat konfransları təşkil edər.
Üzvlüyə qəbul edilən şəxs və təşkilatların son durumunu incələr və son qərar verər.
Mali yardım qaynaqları axtarıb təmin edər.
Bəyaniyyələr hazırlayıb, təbliğat komitəsi vasitəsi ilə yayar.
Radio, televiziya, E-qrupu, sitə və nəşriyyata ali nəzarət edər.
Qurultaya çağırar, açar, hesabat verər, istefaya gedər.
 Milli Şuranın 3 nəfərdən ibarət  siyası komisionunu “başqanlıq Şurası”  öz içindən seçər. Bu siyasi  komisionun  işi siyasi durumları araştırmaq və ona görə Milli Şuranın münasibətini bildirməkdir”.

Güney Azərbaycan Milli Birlik Şurası
Tarix :

Go to top