Kongresmen Rohrabacher, Riza Pəhləvi və mücahidlərKongresmen Rohrabacher, Riza Pəhləvi və mücahidlər

Güney Azərbaycan Milli Birlik şurasının durum dəyərləndirməsi  10/2012

Azərbaycan Milli Hərəkatı fəallarının fədakarcasına apardığı mübarizənin nəticəsində əldə etdiyi çeşitli başarılar inkar edilməzdir.

 

Ağır şəraitə baxmıyaraq daxildəki milli quvvələrin ölüm qalım savaşı və xaricdəkilərin bütün çətinlik və daxili çatşmalara baxmıyaraq əldə etdikləri uğurları sıralamaq bu durum dəyərləndirməsinin hosələsinə sığmaz. Güney Azərbaycan probləminin, iməkliyi-iməkliyə dünya əfkari umumisində özünə yer açması, kafi dərəcə də olmasa da bu başarıların içində yer almaqdadır. Beynalxalq insan haqları qurumları, BMT insan haqları ali komiserliyi, çəşitli parlament və bəzi siaysi qurumların Güneylə bağlı görüş və açıqlamaları kimsəyə örtülü deyildir.

Son günlərdə, Amerikali Kongresmen Dana Rohrabacher-in bəyanatı və BMT- insan haqları bölməsinin İran üzərə nümayəndəsi sayın Əhməd Şəhidin raporu açıqca göstərir ki, güney Azərbaycan məsələsi sürətlə yayılır və dünyanın gündəminə oturmaqdadır. Azərbaycan milli hərəkatının yorulmaz çabaları nəticəsində, fars şovinizminin içini doldurmuş VOA və BBC kimi nisbətən azad xəbər ajanslarındakı deyişiklik nəticəsində oralarda da Güney məsələsinə az və bəzən qərəzli olsa da toxunulması gözdən qaçmamışdır. Bunun yanında, təqribən hamısının Azərbaycan və Türk əleyhinə fikirləri məlum olan farsçı bəzi qurumlarında münasibətindəki yeniliklər gözdən qaçmasa da kalifornialı kongersmenin fikrilərinə göstərdikləri çirkin reaksiyonlar, rasist düşüncənin göstəricisi olaraq ortaya çıxmışdır.

Geçən günlərdə Riza Pəhləvi-ni VOA-nın üfüq programına gətirərək yaratmaq istədiyi “İran Milli Şurası” haqqında müzakirənin əsas yönü İranın dağılmaması üçün Azərbaycan milli hərəkatının qarşısının alınması üstü örtülü olsada gözdən qaçmamışdır. Şübhə yoxdur ki, Kongresmen sayın Rohrabacherin Güney və bütöv Azərbaycanla bağlı münasibəti, arya ırqına dayanan bütün şovinist quvvələri titrədib və güney Azərbaycanın dünya səhnəsinə çıxması onları qorxuya salmışdır.

Farsçı irançıların başqa bir qanadını təmsil edən, Losanjlesden yayınlana “Andishe TV” də Kongresmen-nin fikrilərinin əleyhinə qoyduğu programda utanmazcasına əhanətlərlə özünü göstərmişdir. Rohrabacherin təqdimatında yanında duran Azərbaycan kökənli cənab Sohrabi-yə ən çirkin sözlərlə iftira yaxaraq Kalifornianın o bölgəsində bu kongresmene alternativ yaratmaqla, göstərdilər ki, bunlar bir quru sözə tablaşamazkən necə demokratik İran yaradaraq bizə haq verəcəklər.  O bölgədən namzədliyuini qoyan iran kökənli (bəlkədə Azərbaycan kökənli) birisini yanlarına qoyub Rohrabacher-in əleyhinə danışaraq öz namzədlərini təbliq etmələri qeyri qanuniliği bir yana, bölgədə yaşayan İranlıların qurum yaradıb onu dəstəkləməsini istəməsi əsəbiyətin son dərəcəsinin göstəricisidir.

Kalifornialı bu kongesmenin yazısının əleyhinə böyük bir kampania başladaraq 5000 Imza toplayıb, ilgililərə o cümlədən  Amerika xarici işlər nazirliyinə göndərən farsçı şovinistlərin bütün bu çabaları anlaşılandır. Çünki onların bizi əridərək məhv edib yer üzündən silmə programının yeni bir plan olmadığı hamımıza aydındır. Ancaq, son illərdəki “ İranda demokrasi” aldatmacalarına qulaq asan soydaşlarımız, son gəlişmələrlə oyanıb, böyük xəta içində olduqlarını anlamışlar bəlkə.

Qəribə burasındadır ki, bəzi soydaşlarımızda onlara qoşulub kongresmeni qamçılamağa başlamışdır. Bu soydaşlarımızın içində olan sol quvvəklər, deyişgən dünyanın gedişatı ilə ayaqlaşamıyan, geçmiş şuarlarda boğulan Amerika əmpiryalizmi tezini sovunanların yanında, bir afərinə, İranda xəyali bir nazirlik, ustandarlıq vəya pula-paraya satılanlarıda anlamaq olar. Ama, milli fəal sayılan, milli hərəkatımızda yeri olan bəzilərinin mənfi münasibətini, ancaq onların thlillərindəki aqsaqlıqda axdarmaq lazimdir.

Şübhə yoxdur ki, Rohrabacher-in yazısındakı bəzi xətaları o cümlədən bizim sayımız, tariximiz kimi önəmli məsələləri siyasi bir olgunluq içində yazıb ona yollamaq və ilgililəri başa salmaq hamımızın borcudur. Ama, onun müraciətinin xeyir və ziyanlarını düzgün tərəzidə ölçmədən vəya məsələni ancaq Amerika və İsrailin mənafei pəncərisindən baxaraq qamçılamaq düzgün bir yol olmasa gərəkdir. Onu üçündür ki, milli hərəkatımızın düşünürləri, yazar və siaysətçilərinin doğru təhlillərlə bu gedişatı dərindən analiz edib, milli quvvələrimizi aydınlatması hamımızın boynunun borcudur. Şübhə yoxdur ki, hər ölkə, onun nümayəndələri və dövləti hər şeydən öncə öz ölkəsinin mənafeni güdməlidir. Yoxsa , nə kongresmen olabilər nədə seçgiləri qazanıb hakimiyətə gələbilər. Bunu bilmiyən yoxdur, necəki o öz məktubunda da gizlətmiyərək açıqca yazaraq, Amerika və İsrailin mənafeləri doğrultusunda olduğunu bəyan etmişdir.

Əsas məsələ bundan ibarətdir ki, bu qarışıq siyasi tabloda, bu mürəkkəb zəmanədə, dövlətlər və millətlər arasındakı münasibətlərdə bütün muadilələri düzgün həll edərək tapılan nüqtələri koordinasyon səhifəsinə yerləşdirib millətimizin xeyrinə olan qızıl xətti tərsim edək. Azərbaycan milli hərəkatı, öz istiqlaliyətini qoruyaraq, bütün imkanlardan o cümlədən diplomatik usullardan faydalanıb mübarizə yolunda başarı körpüsünün binövrəsini öz gücü ilə yaratmalıdır.

Daha da qəribə burasındadır ki, bu soydaşlarımız, ortaya atılmış Riza Pəhləvinin vəya qara listədən çıxarılmış mücahidlərin gələcəkdə Azərbaycan və Azərbaycan milli hərəkatına vuracaqları zərbələrdən söz açmaqdan çəkinməkdədirlər. Mücahidlərin toplumda nüfuzu olmadığına görə qarşımızda böyük manie törədəbiləcəkləri inanılmaz olsa da sısqa sancılar yaradacağını düşünmək olar.
 

Ama, çox yaxşı yetişdirlimiş Riza Pəhləvinin və ona səs verən şovinist quvvələrin təhlükəsi ağır və əzici olabilər. Çünki, bütün söz sohbətlərə baxmıyaraq, öz dayrəmizin içindən eşiyə çıxmaq qabiliyətsizliyi ucbatından bəzi gərçəkləri görmə imkanımız yoxdur. Aşağıda yazılan səbəblərdən dolayı şahin oğlunun daxildəki gücü və xalq arasındakı nüfüzü inkar edilməzdir.
 

1-    Geçən yüz ildə arya rasizminin nümayəndəliyini üzərinə götürən Pəhləvi sülaləsinin apardığı təbliqatın dəvamı olaraq bugündə istər hakimiyət istərsədə ona alternativ sayılanlar eyni yolu dəvam etməkdədirlər. Özəlliklə, Losanclesdən yayılan TV-lərin tutumu, hətta mücahidlərin televizyonunun faşist  təbliqatı açıq aydın ortadadır.
 

2-    Bu təbliqat bombardumanının Güney Azərbaycanlılarada təsiri inkar edilməzdir. Geçmişdə içimizdə olan fars qulluqçuları azalmış olsa da dəvam etdiyi bütün boyutları ilə göz qabağındadır.
 

Burada həmən artıqmaq lazimdir ki, bu anti-türk, anti Azərbaycan TV-lərinin təbliqatını təsirdən salmaq və milli düşüncəmizin inkışafi üçün bəzi Azərbaycan milli fəallarının yeni TV-lər açacaqları eşidilməkdədir. Onları indidən təbrik etmək və milli oyanışımıza göstərəcəkləri qatqıdan dolayı uğurlar arzulamaq milli borcumuzdur.                                                                      
 

3-    40 yaşından yuxarı insanlar, o rejimdəki fərdi azadlıqlar, sosyal həyat, xarici siyasət və iqtisadi durmla bugünkü vəziyəti ölçərək geçmişi tərcih etmələri normal düşüncədir.
 

4-    Ölkədəki qara günlər, diktatorluq, saxtakarlıq, oğrluq və sayrə kimi çatışmamzlıqları görən gənclərin xarici ölkələrdəki durumla müqayisəsi internet vasitəsi ilə asanlaşıb, böyük əksəriyət rejimə alternativ axdarmaqdadır.
 

5-    Çeşitli şaxələrdə məharətli ustaların tərbiyə etdiyi Riza Pəhləvini üzə çıxararaq təbliqat edənlərin sayəsində onu, gələcəyin lideri görənlərin sayı getdikcə artacaq. Onun yaratmaq istədiyi “İran milli şurasının” xətti də bu iddeanin sübutudur.  Baxmıyaraq ki, daha aşırı aryaçıların basqısı altında, o ölkədə yaşayan başqa millətlər haqqında ki sözləri getdikcə deyişmıkdə, nala-mixa vurmaqdadır.
 

Bütün bunları nəzərdə alaraq Kalifornialı kongresmenin fikirləri ilə bağlı onun yanında duraraq fars şovinizminin çabalarını puça çıxarmaq ən doğru yol olsa gərək. Onun üçün milli fəallarımız “Güney Azərbaycan Milli Birlik Şurası” nın Amerikadakı üzvlərinin fəaliyətlərini örnək götürüb kongresmen ilə əlaqəyə girib  onu daha çox aydınlatmağa çalışmaları təqdirə layiqdir.

Bu müraciətin ingiliz dilinə tərcümə edilib ona göndəriləcəyini vurquluyarq bütün milli təşkilatlarımızın bu savaşa qoşulması arzu edilməkdədir.

Kalifornianın o bölgəsində yaşayan milli fəal və ya Azərbaycanlıların komitə yaradıb Rohrabacher-in seçilməsinə yardımçı olması məntiqi fikir sayılmaqdadır. Bu vəsilə ilə Amerikada, bütün organlara nüfüz edən fars şovinizminin qarşısında güclü bir Güney lobisinin yaranması gözləniləndir.

Güney Azərbaycan milli Birlik Şurasi  
 

Təbliqat komitəsi

17.10.2012

Go to top