urmu golunu diritmek milli borcumuzdur

urmu golunun nicat yollariGüney Azərbaycan milli birlik şurasının Urmu gölünün nəcati ilə bağlı durum dəyərləndirməsi 12/2013

Urmu gölü qurumasın

Bir hədəfə çatmaq üçün onun doğrulğu və gedilən yolun düz, məntiqi və əməli olması gərəkməkdədir. Şübhəsiz ki, Urmu gölünün nəcati qədər doğru bir fikir olamaz. Ona gedən yolunu isə bəzi qeyri fənni və qeyri məntiqi usullara söykənən  təklifi, qəsdən olmas da , hüquqi, tekniki və

iqtisadi bigisizlikdən ortaya çıxabilər. Baxmıyaraq ki, Urmu gölünün su balansının yaranmasında aşağıda açıqlanan projələrin yerinə yetirildiyindən sonra da , gölün xaricindəki axarbaxarlardan oraya su intiqali vacibdir. Ama yuxarıda qeyd edilən səbəblər üzündən , oraya , Araz çayı vəya Xəzər gölündən su gətirmək qeyri mümkündür. Onun üçün Urmu gölünün nəcati üçün gecikmədən aşağıdakı 4 əməliyatın başlanması qaçınılmazdır.

1.    Urmu gölünə axan çaylardakı bütün sədlər açılaraq, suyun gölə axıdılması birinci addımdır. Bu ərazilərdəki əkinçilərin ərazi ölçüsünə görə qazanacaqları gəlir hesablanıb onlara ödənərək, alma və uzum bağlarından başqa heç bir əkinə su verilməməlidir. Bu program iki vəya üç ilə qədər dəvam edəbilər. Bu kimi tədbirlər dünyanın bir çox ölkəsində təcrübə olunub və müsbət nəticələr vermişdir.

2.     Qotur çayının Xoy ovasına girən yerində və Aqçayın, Təbriz- Bazergan tranzit yolunu kəsişdiyi yerdə su pompalamaq üçün iki pomp stasyon dikilməli. Əkinçilərin suya ehtiyacı olmuyan zamanlarda bu sular pomplanaraq Qara təpəyə qədər ayrı ayrı boru xətləri ilə daşınmalıdır. Orada birləşdirilərək gədyi aşırıb Urmu gölünə axıdılmalıdır. Zab çayından gölə axıdılacaq suya çox güvən olmasa da, bu projənin təqribən % 15 – i işləndiyənə görə dəvam etdirilməlidir.

3.    Gələcəkdə, Urmu gölündən buxarlaşma yolu ilə üçan su miqdarını azaldıb, rahatca balans yaratmaq üçün onun uz ölçüsünü azaltmaq lazimdir. Gölün ətrafında , normal su səviyəsindən 3 metir yüksəklikdə dyke “topraq sed” vuraraq , buxarlaşma səthini mümkün qədər azlaltmaq gərəkməkdədir.

4.    Ən əsas və uzun müddətli tədbir isə, o ərazilərdə su müdiriyətinin keyfiyətini artırmaq və modern sulama sistəmlərindən faydalanmaqdır. Suvarma sistəmini yerinə və əkiləcək bitgiyə görə yağmur vəya damcı sistəminə çevirməklə, əkində işlədilən su miqdarı %75 nisbətinə qədər azaldıla bilər. Bu əməliyatın ağır sərmayə və uzun zamana ehtiyacı olsada , onsuz gölün qalıcı nəcati qeyri mümkündür.

09.07.2013

 Urmu golunun nicat yollari

Go to top