Güney Azərbaycan Milli Birlik Şurasının PrensipləriGüney Azərbaycan Milli Birlik Şurasının Prensipləri

Yaranmaqda olan “Güney Azərbaycan Milli Birlik Şurası”nın əsasnaməsinin tənzimlənməsində, bu müddət ərzində iştirak edən, çeşitli siaysi görüş sahibləri, aydınlar və təşkilat nümayəndələrinin düşüncə və təklifləri yer almaqdadır. Bütün düşüncə və təkliflərdən seçilmiş “Milli Şura” yol xəritəsinin təkmilləşərək bugünə gəlib çıxması, bizdə, bu yolun birliyə gedən təkcə körpü olması inancını yaratmışdır.

Bu yolun çeşitli maniələrlə qarşılacağı hər kəs tərəfindən aydınca bilinməkdə olsa da, inananların iradəsini qıra bilməmişdir. Birliyə gedən yolun düzgün təsvirini anlamaq üçün geçən bu müddət ərzində, bəzən səmimiyətlə, bəzənsə qeyri səmimi olaraq yaranan çox sayılı birliklərin baş tutmuyaraq az müddətdə dağılması da bu yolun doğruluğunun bir sübutu sayıla bilər. Çeşitli ocaqlar və şəxsi maraqlardan qaynaqlanan bu maniələrin, bu çətin yoqquşu dirmaşmaqda bizi zorladığını inkar etmirik. Başqalarının uğur qazanmasını, özlərinin şəxsi ehtirasına maniə bildiklərinə görə daş dığırladanları qınamaqdan başqa əlimizdən bir şey gəlmir. Ancaq, buna da inanırıq ki, Azərbaycan Milli Hərəkatının birləşməsi nəhayət “Milli Şura” yolundan geçəcək və geçəcək.

Bu düşüncə ilə yola çıxaraq, eyni halda, təəssüflə soydaşlarımızın böyük əksəriyətinin ana dilimizdə oxuma imkanının zəyif olduğuna görə, Milli Şuranın 4 əsas prəsiplərini aşağıda təqdim edirik. Uzun və qapsamlı əsasnamədə gizlənən bu prənsipləri, orada oxumağın çətinliyini nəzərdə alaraq, milli hərəkatımızın birlik ehtiyacını hiss edən səmimi soydaşlarımızın, bunları oxuyub, Milli Şuranı yaratmaqda olanlara qoşulması arzu edilməkdidir.

Bu prəniplər:

Dəvamın oxu...
Go to top